• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Biabırçı bundestimin yeganə işıqlı nöqtəsi

DÇ

11-12-2022, 22:0

Almaniya yığması nə qədər acınacaqlı olsa da, ardıcıl 2-ci dünya çempionatında qrupdan çıxa bilmədi.

Dördqat dünya çempionlarının bu nəticəsini fiaskodan fərqli təqdim etmək çətindi. Əslində bundestim elə İspaniya ilə oyundan sonra növbəti mərhələyə adlamaq şansını itirə bilərdi. Sadəcə, həmin oyunun sonuna 7 dəqiqə qalmış hesabı bərabərləşdirən Niklas Füllkruq alman futbolunun azarkeşlərinin daha 4 gün ümidlə yaşamasına səbəbkar oldu. “Verder”in 29 yaşlı hücumçusu Kosta Rika üzərində qazanılan, amma heç bir dəyəri olmayan qələbəyə də qolla töhfə verdi. Məhz Füllkruqu solğun Almaniya yığmasının bu turnirdəki yeganə parlaq nöqtəsi saymaq olar. Bu futbolçunu bir qədər yaxından tanıyaq.

DÇ-nin startı ərəfəsində Hans-Diter Fliki düşündürən əsas məsələ qolçu mərkəz forvardının yoxluğu idi. Timo Vernerin zədəsindən sonra belə görünürdü ki, hücumun sivri ucunda Kay Havertsin alternativi yoxdu. Ancaq Haverts Yaponiya ilə oyunda ümidləri doğrultmadığından İspaniya ilə oyunda Flik Müllerə bel bağladı. Tomasın hücumun sivri ucunda oynamaq təcrübəsi daha böyükdü, hərçənd veteranın son illərdəki oyunu daha çox məhsuldar ötürmələr vermək ilə səciyyələnir. Bir həftə əvvəl 18 yaşını tamamlayan Dortmund “Borussiya”sının vunderkindi Mukokoya güvənmək də risk idi. Almaniyanı Qətərdəki ardıcıl 2-ci məğlubiyyətdən adı çəkilən futbolçular yox, Füllkruq qurtardı. Gözlənilən və gözlənilməz qəhrəman. İş ondadı ki, Füllkruq bu payıza qədər heç vaxt milli forma geyməmişdi. Ancaq hazırda 10 qolla bundesliqanın ən yaxşı alman bombardiri olan birinin yığmanı xilas etməsindən təbii nə ola bilər ki?! Və bəlkə də Flik ona Yaponiya ilə oyunun 79-cu, İspaniya ilə oyunun 70-ci dəqiqəsində yox, daha tez güvənməliydi. Birincisi, onun bəxtinə məhz indi gün doğub və 29 yaşında karyerasının ən yaxşı mövsümünü keçirir. İkincisi, DÇ ərəfəsində Omana qarşı keçirilən son yoxlama oyununda da qələbə topunu məhz Füllkruq vurmuşdu.

Əlbəttə, Niklas yeni Herd Müller, yəni “millətin bombardiri” deyil. Bəlkə də bu statusa yiyələnə bilərdi, bütün karyerasını zədələr izləməsəydi. Yeniyetmə vaxtı aldığı zədə lap ekzotikdi: rəqib futbolçunun dişi hücumçunun alnına batmışdı! Ancaq qığırdaq problemi onun üçün xroniki xarakter aldı. Bu üzdən üç dəfə, hər dəfə də 5 aylığa sıradan çıxdı. Özü də belə zədələrdən birini Yoahim Lövün maraq dairəsində olduğu DÇ-2018 ərəfəsində aldı. Forvard 2019/20 mövsümünü də xaçabənzər bağların qırılması üzündən tam boşa verdi.

Belə “xəstəlik tarixçəsi” çoxlarını ruhdan salardı, ancaq Füllkruqun “Verder”dəki çalışdırıcısı Floran Kofeldtin dediyi kimi, hücumçu hər zədədən sonra yalnız meydana əvvəlkindən də güclü qayıtmaq haqda düşünüb. Düzdü, bremenlilər məhz bu mütəxəssislə dərin böhran yaşadı, son 40 ildə ilk dəfə aşağı bundesliqaya yuvarlandı. İkinci bundesliqada isə “musiqiçilər”in snayperi əvvəlcə ehtiyat oyunçular skamyasında əyləşsə də, Ole Vernerin baş məşqçi postuna gəlişi ilə hər şey dəyişdi. Füllkruq 19 qolla “Verder”in elitaya qayıtmasına yardım etdi, bu il isə özünü bütün Almaniyaya sevdirdi. Və ya ölkənin yığmaya görə narahat olan, forvardı Qətərdə görmək istəyən hissəsinə. Azarkeşlər onun tərəfini tutdu, ötənlərin Lotar Matteus kimi ulduzu Flikə çağırış etdi, Niklası yeniyetmələrdən ibarət yığmalarda çalışdıran AÇ-80-nin qəhrəmanı Horst Hrubeş də onu təriflədi:

“Birincisi, o, sadə oğlandı və düşünürəm ki, bu yaxşıdı. Yaşı artdıqca daha yaxşı futbol oynayır. Dünya çempionatına yollanmaq üçün bütün tələblərə cavab verir: havada güclüdü, əla qaçır, yüksək texnikası var. Mənim üçün həmişə bəyəndiyim mərkəz hücumçusudu. Onun inkişafını görəndə – xüsusən də indi bundesliqada – sadəcə, sevinirəm, qürur duyuram”.


“Sadə oğlan” ifadəsi Niklası çox dəqiq xarakterizə edir. Məsələn, o, xanımı ilə hələ ibtidai məktəbdə tanış olub. Yeni müqavilə ilə bağlı tarixçə də onun xarakterini açan cizgidi. Bundesliqaya qayıdan komandanın bombardiri yeni müqaviləyə imza atmaqla maaşının azaldılmasına razılaşdı. Və yalnız ona görə ki, Bremendə uzun müddət qala bilsin. Özü də Niklas qərarı haqda heç bir açıqlama vermədi, sadəcə, jurnalistlər detalları üzə çıxarandan sonra maaşın azaldılmasına razılıq verdiyini etiraf etdi.

Füllkruq əsl futbolçu ailəsində böyüyüb. Babası vaxtilə 2-ci divizionda oynayıb, bir müddət Niklasla məşğul olan atası “Hannover”in strukturunda məşqçi kimi çalışır, bacısı məhz bu klubun oyunçusudu. Yeri gəlmişkən, kiçik Füllkruq məhz atasının rəhbərliyi altında bir mövsümdə 162 qol vurmaqla bütün ölkənin diqqətini çəkmişdi. Onda Niklası onun üçün doğma olan “Verder”in akademiyasına dəvət etdilər, Avstriya yığmasının məşhur hücumçusu Qoran Arnautoviç isə peşəkar komandaya keçəndən sonra Niklasa Hep ləqəbini qoydu. Bu ləqəb Niklasa böyüməyən dişi üzündən çənəsində yaranan boşluğa görə verilib. Meydanda isə Füllkruq özünü dişli oyunçu kimi göstərdi, DÇ-yə yollanan yığmanın qapısını son anda araladı.

Forvard milli komandanın düşərgəsində olduğu ilk günlərdə verdiyi müsahibədə təvazökarcasına belə demişdi:
“Burda Almaniyanın 26 ən yaxşı futbolçusu toplaşıb. Kimsə dünya çempionu olub, kimsə Çempionlar Liqasını qazanıb. Əlbəttə, hər biri yüksək səviyyədə oynayır. Məşqlərdə hər dəfə qeyri-adilik görürsən. Əlbəttə, bu yaxşıdı. Ancaq öz keyfiyyətlərini göstərmək də maraqlıdı, düşünürəm ki, uşaqlara nəsə verə bilərəm. Bremendə yetərincə məhdud imkanlar çərçivəsində uğur qazanmağa çalışırıq. Odu ki, indiki vəziyyət hər iki tərəf – həm yığma, həm də mənim üçün yaxşıdı”.


Düzdü, sağlıq durumu yenə hansısa məqamda Niklasa əngəl oldu, yığma Qətərə çatandan sonra yalnız o qrip üzündən ilk məşqləri buraxdı. Bəlkə də buna görə Flik ona heç bir oyunda start heyətində şans vermədi. Bəlkə də Niklasın əməyindən elə coker kimi yararlanmağı düşündüyünə görə qrupun hər oyununda sonradan meydana buraxdı. Gerçəklik isə budu ki, Füllkruq 29 yaşında ilk dəfə cəlb olunduğu yığmada özünü yetərincə yaxşı göstərsə də, bundestim Qətərdən biabırçı nəticə ilə ayrıldı. Ancaq bu nəticəyə görə ilk növbədə Flikdən və komandanın ulduzları hesabat verməlidi. Niklası qınamağa adamın dili gəlmir.

Paylaş:
Digər xəbərlər

DÇ

24-11-2022, 18:0

Yenə Kosta Rika, yenə antirekord

DÇ

1-12-2022, 12:0

Dünya çempionatının tarixinə düşəcək

Dünya futbolu

26-03-2022, 22:0

Salih Özcan Türkiyə ilə Almaniya arasında seçimini etdi

Dünya futbolu

1-12-2022, 18:0

Flik istefa verəcək? - Özü açıqladı

Aktual
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Son xəbərlər
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 10:00
    Vlahoviç hara gedir?
  • 4-06-2026, 23:0
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • 4-06-2026, 23:0
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • 4-06-2026, 22:0
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • 4-06-2026, 22:0
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • 4-06-2026, 21:0
    Onun yolu Madridədi?
  • 4-06-2026, 21:0
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • 4-06-2026, 20:0
    Milli komandada yeni təyinat
  • 4-06-2026, 20:0
    Yeni kapitan oldu
  • 4-06-2026, 19:0
    Romadan Milana üz tuta bilər
  • 4-06-2026, 19:0
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • 4-06-2026, 18:0
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • 4-06-2026, 18:0
    Tellur daha iki il "Sabah"da
Daha çox
Oxunub: 370
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 223
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 185
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə