Yenə Kosta Rika, yenə antirekord

24.11.2022 18:31 413
DÇ 2026
Kosta Rika yığması dünya çempionatları tarixinə növbəti antirekordla düşüb.

Komanda İspaniyaya 0:7 hesabı ilə uduzduğu oyunda rəqib qapısına bir zərbə belə endirə bilməyib. Bu, bənzər stastistikanın aparılmağa başladığı 1966-cı ildən indiyədək qeydə alınan ikinci belə göstəricidi.

Maraqlıdı ki, bu planda əvvəlki antirekord da Kosta Rikaya məxsusdu. Şimali Amerika komandası 1990-cı ildə keçirilən dünya çempionatında Braziliyaya 0:1 hesabı ilə uduzduğu matçda da rəqib qapısına zərbə vura bilməmişdi.