Dünya çempionatının tarixinə düşəcək

1.12.2022 12:49 293
DÇ 2026
Stefani Frappar bu gün dünya çempionatının tarixinə düşəcək.

Football-plus.az xəbər verir ki, DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda keçiriləcək Kosta Rika - Almaniya oyununu fransalı qadın hakim idarə edəcək.

Bu, mundiallar tarixində ilk belə hadisə olacaq. Daha əvvəl kişilər arasında dünya çempionatlarının matçlarını qadın hakim idarə etməyib.

Qeyd edək ki, dekabrın 1-də keçiriləcək Kosta Rika – Almaniya oyunu saat 23.00-da başlayacaq.