• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Formula-1”dən gedən dördqat dünya çempionu duyğularını bölüşdü

İdman / Manşet

9-12-2022, 14:0

Beləliklə, “Formula-1”də keçirdiyi 299 mərhələdən sonra Sebastyan Fettel karyerasını bitirdi.

Football-plus.az xəbər verir ki, almaniyalı pilot 53 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Maraqlıdı ki, o, sonuncu – 122-ci dəfə fəxri kürsüdə məhz Bakıda, “Aston Martin”in pilotu kimi yer aldı. Dördqat dünya çempionu İsveçrənin “Blick” tabloidinə verdiyi müsahibədə avtoidmandakı uzun yolunu xatırlayıb.


- 299 yürüşdən sonra kim karyerasını bitirir? Yaxşı, Ceki Stüart 99 yarışdan sonra “Formula-1”dən getdi, sizin kimi dördqat dünya çempionu olan Alen Prost isə 199-cu yürüşdən sonra. Avtoidman sizin üçün nədən başladı?
- Hər şey sadədi: atam təpələtə sürətli qalxmaq üzrə yarışda çıxış edirdi, bu üzdən bütün ailə hansısa dərəcədə yarış həvəskarı idi. 4 yaşım olanda Milad hədiyyəsi kimi işlənmiş kart verdilər, onunla həyətdə dolaşırdım. 1995-ci ildə - 7 yaşım olanda isə həmyaşıdlarımla birgə ilk dəfə yarış xəttinə çıxdım.

- Kimi özünüzə ən çətin rəqib sayırsız? Trasslardakı duellər zamanı rəqiblərinizə etibar edirdizmi?
- Qoy fikirləşim... Əlbəttə, bunlar Lüis Hemiltonla Fernando Alonsodu. İkinci suala gəlincə, təhtəlşüur səviyyəsində həmişə rəqiblərə etibar edirsən. İnamsızlıq qəzalara gətirib çıxara bilər.

- 2007-ci ildə “BMW Sauber”in heyətində debüt etdiyiniz vaxtdan bəri “Formula-1”də təhlükəsizlik səviyyəsi nə dərəcədə yüksəlib?
- Düşünürəm ki, həmin vaxtdan bəri “Formula-1” çox şey öyrənib. 2014-cü ildə Jül Byankinin başına gələn faciəvi hadisə də bu məsələyə təsir göstərdi. Bizim idmanın cəlbedicilik baxımından nəyisə itirdiyini düşünmürəm. 2018-ci ildə “Halo” sisteminin tətbiqi ilə təhlükəsizlik səviyyəsi bir qədər də qalxdı. Ümumilikdə bu sahədə inkişafdan razıyam.

- Dörd çempion titulundan başqa nəyi karyeranızın ən parlaq məqamı sayırsız?
- 2008-ci ildə “Toro Rosso”nun sükanı arxasında Montsada qazandığım ilk qələbəni. Ardından “Red Bull Racing”in heyətində, 6 ildən sonra isə “Ferrari” ilə uğurlar gəldi. Ən gözəl xatirələrim bütün bu qələbələrlə bağlıdı, 53 kubokun hamısını hələ də saxlayıram.

- Nə vaxtsa qorxmusuzmu?
- Sözün birbaşa mənasında yox. Ancaq təhlükə hissini heç vaxt itirmək olmaz. Trassdan kənara uçmaq istəmirsən. Sadə dildə desəm, maşına nə qədər az etibar edirsənsə, bir o qədər də risk etməyə hazırsan. Demək olar ki, sən imkanlarının son həddini artırmaq istəmirsən.

- Oyun həvəskarısız? Kazinoda olursuz? Lotereya oynayırsız? Sevimli nömrəniz varmı?
- Kazino mənim hesabıma çox qazanmır. Hərçənd bəzən ora baş çəkə və ruletka fırlada bilərəm. Bəxtim gətirəndə dərhal uduşu götürməyə gedirəm. Sevimli nömrə? Heç bu haqda düşünməmişəm. Uzun müddətdi 5 nömrə ilə çıxış edirəm, ancaq 17 də xoşuma gəlir.

- Riski sevirsizmi?
- Yox, xarakter etibarı ilə riskə o qədər də həvəsli deyiləm, heç vaxt düşünmədən hansısa avantüraya baş qoşmuram, girişmirəm. Yeri gəlmişkən, mən “Formula-1”də risk etməyin əsl həvəskarı olan bircə dənə də axmaq tanımıram.

- Özünüzə ən çox hansı sualı verirsiz?
- Bilmirəm. Kokpitdə yerimi tutmaq ərəfəsində özümə deyirəm ki, hazırsanmı? Sözün ən geniş mənasında hazır olmağı nəzərdə tuturam. Əhval-ruhiyyəm yerindədimi, fiziki cəhətdən hazırammı... Düşünürəm ki, bütün pilotlar start ərəfəsində özünə belə suallar verir.

- Təbiətin mühafizəçisi olmağa nə vaxt qərar verdiz?
- Mən həmişə təbiəti sevmişəm, onun qarşısında həyəcan və heyranlıq duymuşam. Təbiətdə olmaq xoşuma gəlir, bundan böyük məmnunluq hiss edirəm. Bu yöndə baxışlarım heç vaxt dəyişməyib. Ekologiyanın durumu ilə bağlı hesabatlarda yer alan acı həqiqətləri inkar etmək olmaz. İnsanlıq təbiəti qəti şəkildə məhv etsə, gələcəyindən məhrum olacaq. Bu üzdən gec-tez hər kəs ekologiyanı qorumalı olacaq, sadəcə, başqa çıxış yolu yoxdu.

- Sizi irəlidə gözləyən daha sakit həyata hazırsızmı?
- Birmənalı şəkildə. Yeni həyatda da əvvəlki kimi qalacam. Baxaq görək gələcək mənim üçün nə hazırlayır...

- Bərbərxanada sonuncu dəfə nə vaxt olmusuz?
- Çoxdan, yəqin ki, ilin əvvəlində. Məgər bu görünmür? (gülür)

- Karyeranızda tutqun dönəmlər olubmu?
- Tutqun günlərimin sayı o qədər də çox olmayıb. Bəlkə də 2009-un Braziliya mərhələsini xatırlamaq olar ki, onda mən titul uğrunda mübarizədə Censon Battona uduzdum. Həmin mövsüm sonuncu – Əbu-Dabi mərhələsindəki qələbəm artıq heç nəyə yaramadı. 2014-cü ildə, texniki reqlament dəyişəndə isə sanki ayağımın altından yer qaçdı, ona görə ki, daha “Formula-1” maşınları xoşuma gəlməməyə başladı.

- Gələcəklə bağlı hansısa planlarınız varmı?
- 299 mərhələdən sonra yeni əyləcləmə nöqtəsinə gəlib çatmışam. Mənim 35 yaşım yaşım var və hər şey yaxşı olsa, irəlidə məni 40 il də gözləyir. Sabah məni nə gözlədiyini bilmirəm. Bəlkə də gözlədiyimdən daha tez sönük həyatla üzləşəcəm. Hansısa konkret planım yoxdu.

- Sevimli yeməyiniz?
- Karbonara spagettisi. Və ya istənilən pasta.

- “Formula-1” ilə belə asanlıqla vidalaşırsız? Hansı emosiyaları yaşayırsız – bəlkə də göz yaşı axıdırsız?
- Biri o birinə mane olmur. Hiss edirəm ki, gedişim çox fərqli duyğular yaradır. Ancaq qərarı özüm vermişəm ki, artıq finişə çatmaq, damalı bayrağı son dəfə görmək vaxtıdı. İndi isə hiss edirəm ki, həyatımda növbəti mərhələni daha sakit tempdə keçəcəm.

- Maşının sükanı arxasına həmişə yaxşı əhval-ruhiyyədə və ötmək arzusu ilə keçmisiz?
- Deyərdim ki, həmişə! Əlbəttə, hansısa yuxusuz gecədən və ya yorucu test günündən sonra bəzən ertəsi saat 8.30-da kokpitdəki yerimi tutmaq həvəsim olmayıb. Bəzən isə elə olub ki, “Qran-pri”nin gedişində, təxminən 10 dövrədən sonra yürüşün elə indicə bitməsini istəmişəm.

- “Red Bull”da çıxış edərkən 38 qələbə qazansaz da, dəfələrlə publika sizi fitə basıb. Belə hallarda inciyirdiz?
- Əlbəttə. Düşünürəm ki, belə reaksiya komandamızın çox güclü olması və qələbələrlə hamını bezdirməsi ilə bağlı idi. İndi də eyni proses baş verir. İki il əvvəl azarkeşlər Ferstappenin qələbələrinə sevinirdi, indi isə niderlandlı pilot tez-tez qalib gəldiyinə görə ondan bir qədər beziblər. Üstəlik azarkeşlər Ferstappeni Hemiltonun qələbə seriyasına son qoyduğuna görə sevirdilər. Amma britaniyalı pilot bundan sonra qələbə qazanmağa başlasa, yenidən sevinəcəklər.

- Milad ərəfəsində hansısa arzunuz varmı?
- Həyatımda o qədər çox şey baş verib ki, artıq heç bir arzu qalmayıb. Ancaq hər birimizə həyatı tam halda qəbul etməyi öyrənməyi, daha açıq və dözümlü olmağı arzulayıram. Cəmiyyət get-gedə daha şəffaflaşır, inkişaf etməyə, yerində saymamağa çalışır. Hələ də öyrənməli, yaxşılaşdırmalı olduğumuz çox şey var!

Oxunub: 158
Paylaş:
Digər xəbərlər

İdman

23-11-2022, 16:0

Fettel getdi, amma qayıda da bilər

İdman

3-08-2022, 16:0

Alonso “Aston Martin”i seçməsinin səbəbini açıqlayıb

İdman

27-09-2022, 11:0

Komandalar 2023-ün təqvimindən narazıdı

İdman

26-09-2021, 11:0

Fettel “Aston Martin” üçün proqnoz verdi

İdman

23-11-2022, 16:0

Şumaher “Haas”dan incik ayrıldı

İdman

30-09-2021, 13:0

"Formula-1"də yeni "Qran-pri"

Aktual
Şahin Diniyev və Zamiq Hüseynovdan təqdirəlayiq addım
İlin ilk ayında ən çox qol vurmuş futbolçular - SİYAHI
FIDE yeni reytinq siyahısını açıqlayıb
Nurlan İbrahimov: "Xoşbəxtəm ki, bizim kampaniya “Qarabağ”a bu yöndə də dəstək oldu”
Futbolumuzun dindarları "Qurani-Kərim" kitabını yandıran şəxs haqda nələr söylədi?
“Neftçi” Donyonu “Apollon”a pulsuz bağışlayıb? – RƏSMİ AÇIQLAMA
Son xəbərlər
  • Bu gün, 12:38
    "Səbail" üçün əlamətdar hadisə
  • Bu gün, 12:22
    PFL "Qarabağ"la bağlı vacib məlumat yaydı
  • Bu gün, 11:49
    Emirhan İlkhan yenə klubunu dəyişdi
  • Bu gün, 10:32
    Rusiya Futbol İttifaqından gözlənilən addım
  • Bu gün, 10:13
    Avstraliyalı döyüş rusiyalı haqda: "O, böyük mübarizdi"
  • Bu gün, 10:00
    Renat fərqlənsə də ...
  • Dünən, 23:51
    Navas PSJ-dən ayrıldı
  • Dünən, 23:30
    Konte əməliyyat olundu
  • Dünən, 23:15
    Azərbaycan Basketbol Liqasında 16-cı tura start verildi
  • Dünən, 22:58
    Errera La Liqada
  • Dünən, 22:55
    Kanselo debütünə hazırlaşır
  • Dünən, 22:51
    “Qaradağ Lökbatan” yeni baş məşqçisinə qovuşdu
  • Dünən, 22:47
    “Kəpəz” Kamran İbrahimovu icarəyə vermək istəyir
  • Dünən, 22:38
    “Hazırda onun möqeyində çox güclü rəqabət var”
  • Dünən, 22:24
    Asəf Namazov: “Pis vərdişlərdən uzaq olsa da, özünə baxan da deyildi”
  • Dünən, 21:55
    “Araz Naxçıvan”ın rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir
  • Dünən, 21:30
    Okan Buruk rekordlara doymur
  • Dünən, 21:21
    MY: Zabitser gəldi, Tuanzebe ilə Bernard getdi
  • Dünən, 21:13
    Şahin Diniyev və Zamiq Hüseynovdan təqdirəlayiq addım
  • Dünən, 20:55
    Laurentsiu Regekampf: “Bu, planlarımıza daxil deyildi”
  • Dünən, 20:30
    Rəşad Sadıqov: “Gündə bir qayda dəyişir, bilmirsən, nə fikirləşəsən”
  • Dünən, 20:19
    “Tottenhem”də yeni oyunçu
  • Dünən, 20:15
    Cokoviç bunu bacaran 2-ci tennisçidi
  • Dünən, 19:41
    “Sabah” və “Neftçi”dən qələbə - YENİLƏNİB
  • Dünən, 19:30
    Cokoviçdən möhtəşəm nəticə: 10-cu final, 10-cu qələbə!
  • Dünən, 19:22
    Pelleqrini ilə Makkenni “Yuventus”a lazım olmadı
  • Dünən, 19:10
    MBA Coel Embiidi cərimələdi
  • Dünən, 18:54
    Lebron rekorddan 116 xal geri qalır
  • Dünən, 18:30
    “StatCentre” Oveçkinlə bağlı hesabat hazırladı
  • Dünən, 18:15
    Kanadalı forvard MHL-ə damğa vurdu
  • Dünən, 17:51
    "Sabah"ın baş məşqçisindən qələbə şərhi
  • Dünən, 17:35
    "Tottenhem"in baş məşqçisi əməliyyat olunacaq
  • Dünən, 16:50
    "Neftçi" - "Zirə" matçı üçün heyətlər açıqlandı
  • Dünən, 16:15
    Paris-2024 Yay Paralimpiya Oyunlarının təqvimi açıqlandı
  • Dünən, 15:19
    İbrahim Salah Fransa klubuna satıldı
Daha çox
Oxunub: 2 492
“Ximki”nin azərbaycanlı sponsoru: “Oğlum oynayanda da komanda uduzurdu, oynamayanda da”
Oxunub: 1 962
“Qarabağ” Kadini “Krasnodar”a 5 milyon avroya satmayıb
Oxunub: 1 385
Mahir lağlağını haqq edir? - KÖŞƏ
Oxunub: 757
Vüqar Nadirov “Təkərdə” şousu ilə çempionat oyunlarını müqayisə etdi
Oxunub: 678
Nurlan İbrahimov: "Xoşbəxtəm ki, bizim kampaniya “Qarabağ”a bu yöndə də dəstək oldu”
Oxunub: 666
"Qarabağ"ın futbolçusu Rusiya klubuna keçməkdən imtina etdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə