• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi”nin nəticəsi - KÖŞƏ

Manşet / Yazarlar

7-12-2022, 16:0

Futbol meydanlarında oynanılan 90 dəqiqəlik qarşılaşmanın sonunda qeydə alınan hesab nəticə adlanır.

Ona oyunun nəticəsi deyilir. Amma futbol elə bir dərin elm, düzgün strategiya və yanaşma tələb edən idman növüdü ki, qeydə alınan nəticələr təkcə 90 dəqiqəlik hansısa qarşılaşmanın nəticəsi olmur. Hakimin final fitindən sonra qeydə alınan həmin o hesab klubun prezidentinin, seleksiyaçılarının, skautlarının, məşqçilərinin, həkimlərinin və futbolçuların gördüyü işin qiymətidi. Həm də bütün bu kompleks işlərin nəticəsi. “Neftçi” “Qarabağ”la oyunda ağır məğlubiyyətə uğradı. FİFA referi Elçin Məsiyevin final fitindən sonra tabloda acınacaqlı hesab yazılmışdı - 0:4. “Qarabağ” meydan sahibi “Neftçi”ni 4 dəfə meydanın mərkəzinə dəvət etdi. “Dəvət etdi” sözü burda bir az yumşaq sələnir, “məcbur etdi” yazsam, daha doğru olar. Hələ “ağ-qaralar”ın qapıçısı İvan Brkiçin fədakarlığı, qurtarışları olmasaydı, bu “məcburi dəvətetmə” prosesinin sayı daha çox olacaqdı.

Ağ-qara rənglərə könül verən azarkeşlər üçün həmin o 90 dəqiqə xeyli əzablı, utandırıcı keçdi. Məlum məsələdi ki, onlar da oyundan sonra acıqlarını futbolçuların üzərinə töküb, Emin Mahmudov və komanda yoldaşlarından formanı çıxarmağı və getməyi tələb etdilər. Özü də yetərincə kobud formada. Məlum videoya baxanlar azarkeşlərin futbolçulardan bunu necə tələb etdiklərini eşidiblər, etika xatirinə o sözləri bura yaza bilmərəm. Amma az əvvəl qeyd etdiyim kimi, bütün bunlar təkcə bu 90 dəqiqənin haqq-hesabı deyil. Ümumilikdə “Neftçi”nin rəhbərliyindən tutmuş, bütün çalışanlarının, o cümlədən də futbolçularının işə yanaşmasının, bu işi necə bacarmasının nəticəsidi. Azarkeşlərin üsyanı təkcə cümə günü keçirilən oyuna və o oyunda qeydə alınan nəticəyə görə deyildi. Bütövlükdə bərbad keçən mövsümə görə idi. İşin tərsiliyindən “Bakcell Arena”dakı qarşılaşmada hakim idarəçiliyi də yaxşı səviyyədə oldu, nəticəyə kənar amillərin təsir göstərdiyini əldə bayraq etmək də mümkün deyil. Heç bəxtdən şikayətlənməyə də əlyeri yoxdu. Çünki “Neftçi” 90 dəqiqə ərzində cəmi bir dəfə Şahruddini narahat edə bildi. Onda da dağıstanlı qapıçı yerində idi. Meydan sahibləri futbol adına ortaya heç nə qoya bilmədi.

Əks tərəfdə isə vəziyyət tam fərqlidi. Dəfələrlə dediyimiz kimi, “Qarabağ” vahid saat mexanizmi kimi işləyir. Təsəvvür edin, tabloda hesab 4:0 “Qarabağ”ın xeyrinədi. Qurban Qurbanov meydana Musa Qurbanlını buraxır. O Musanı ki, bu tura qədər 11 qolla premyer-liqanın iki ən məhsuldar futbolçusundan biridi. Ramil Şeydayev “Neftçi”nin qapısına yol tapmaqla onu bir vahid qabaqladı. Heç şübhəsiz, Musa meydanda bir qədər çox qalsaydı, yorulub əldən düşən “Neftçi”nin müdafiə xəttini yarmağa və qol müəllifi kimi adını tabloya yazdırmağa nail olacaqdı. Lap elə onun fərqlənə bilməməsi də ümumi mənzərəyə xələl gətirmir. “Neftçi” azarkeşləri üçün bir acı həqiqət var ki, onların sevimli komandası prinsipial oyunda darmadağın oldu. “Neftçi” təkcə “Qarabağ”dan geri qalsaydı, dərdyarı idi. Bu komanda mövsüm ərzində medallar uğrunda yarışan əsas rəqibləri ilə 4 dəfə qarşılaşıb və hamısında məğlub olub. Deməli, məsələ heç də “Qarabağ”ın digər Azərbaycan klublarını bir neçə baş üstələməsində deyil.

Ölkənin ən qocaman komandası turnir cədvəlinin sonuncu pilləsində “lövbər salan” “Sumqayıt” qarşısında da xarakter göstərə bilməmiş, məğlubiyyətdən güclə qurtulmuşdu. Premyer-liqanın heç də güclülərindən sayılmayan “Turan Tovuz”la oyunda da “Neftçi”nin problemləri “göz oxşamış”, doğma meydanda qərbdən gələn qonaqları məyus edə bilməmişdilər. Problemlər təkcə bu oyunlarda özünü göstərməyib. Hələ yayda Konfrans Liqasında “Neftçi” “Aris” və “Rapid”lə qarşılaşanda bu nöqsanları görmüşdük. Düşünürdük ki, komanda yeni formalaşır, rumıniyalı mütəxəssis Laurentsiu Regekampf işə yeni başlayaıb və zamanla bu problemlərin həlli yolları tapılacaq. Təsadüfi deyil ki, “Neftçi” avrokuboklardan kənarlaşdırılanda bu məqamın Regekampfın işinə yarıyacağına, onun çempionata konsentrasiyasının artacağına ümid etmişdim. Zənnimizdə yanıldıq. Niyəsi də şəxsən mənə məlumdu. Görünən odu ki, rumıniyalı mütəxəssis Azərbaycandakı işinə bütün gücüylə bağlı deyil, fikri dağınıqdı. Onun hələ ilk dövrədə “Qarabağ”la oyundan öncə vətəninə yollanması, ordakı qalmaqallarla gündəmə gəlməsi çox şeydən xəbər verirdi.

Sözsüz, bütün bu nüanslar, məşqçinin “Neftçi”yə laqeydliyi, qəlbinin dərinliklərində Buxarestə dönmək və orda işləmək arzusunu gizlətməsi ortaya çıxan acınacaqlı mənzərəni qaçılmaz edir. Amma məsuliyyət təkcə onun üzərində deyil. Onu bura gətirənlər də, onun üçün bu heyəti quranlar da Regeylə birlikdə günahkardı. Bundan o tərəfi yoxdu. Heç şübhəsiz, “Neftçi” çox tezliklə dəyişməli və yeni yola çıxmalıdı. Prosesləri birlikdə izləyək.

AMAL

Paylaş:
Digər xəbərlər
Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Dünən, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • 30-07-2026, 23:0
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • 30-07-2026, 23:0
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • 30-07-2026, 22:0
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə