• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İspansayağı praqmatiklik və ya nə tökərsən aşına, o da çıxar qaşığına... - KÖŞƏ

Manşet / Yazarlar

3-12-2022, 14:0

Srağagün E qrupunda hadisələr inanılmaz ssenari üzrə cərəyan etdi.

Noyerin 70-ci dəqiqədəki avtoqolu bu qrupdan Kosta Rikanı və paralel oyunda İspaniyadan üstün olan Yaponiyanı pley-offa çıxarırdı. Dünyanı silkələyəcək sensasiya cəmi 3 dəqiqə davam etdi, bundestim ardıcıl 3 qolla İspaniyanı xilas etdi, fəqət özü Aşqabad batan kimi batdı. “Qırmızı qəzəb”in yaponlar önə çıxandan sonra hesabı bərabərləşdirmək üçün fədakarlıq göstərməməsi, turnir strategiyası baxımından ifrat praqmatizmi dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də sosial şəbəkə əhlini ikiyə bölüb. İspaniyaya haqq qazandıranlar da var, lənətləyən və belə hoqqabazlığın irəlidə Luis Enrikenin komandasına baha başa gələcəyini deyənlər də!

Məsələyə sırf tarixi ədalət prizmasından yanaşsaq, dünyada yaşayan əlcəzairlilərin duaları, nəhayət, 40 ildən sonra Tanrı dərgahında eşidildi, yəni bundestim haqq etdiyi cəzanı aldı. Futbolla yaxından maraqlananlar bilir, amma bir daha xatırladım ki, 1982-ci il iyunun 25-də Xixonda inanılmaz rəzalət yaşandı. B qrupunda yer alan Almaniya ilə Avstriya Əlcəzairi məhv etdilər. O vaxt son turun oyunlar nəinki eyni saatda, heç eyni gündə də keçirilmirdi. İlk turda Almaniyanı 2:1 məğlub edən Əlcəzair ikinci oyunda Avstriyaya 0:2 uduzmuşdu. Əlcəzair iyunun 24-də Çilini 3:2 məğlub edəndən sonra Almaniya – Avstriya oyununun nəticəsini gözləməyə başladı. Bundestim 1 və ya 2 top fərqi ilə qələbə qazanacağı halda Avstriya ilə birgə - ilk iki yerin sahibi kimi növbəti mərhələyə adlayırdı. Hrubeş 10-cu dəqiqədə hesabı açdı, bundan sonra tərəflər 80 dəqiqə ərzində topu meydanda boş-boşuna dığırladılar, “qapını unutdular”. Təbii ki, qaydalar bu rəzalətə imkan verirdi, FİFA dərs çıxardı və DÇ-86-dan etibarən son turun oyunları eyni saatda başladı.

Yaxşı, ədalət zəfər çaldı və Almaniya 40 il əvvəlki əməlinin əvəzini ödədi. Almanların bəlalardan çox tez dərs çıxaran xalq olduğunu nəzərə alsaq, yəqin bir daha belə hoqqabazlıq etməzlər. İndi isə İspaniyanın bu məğlubiyyətlə əsaslandığı turnir strategiyasına baxaq. Qrupda 2-ci yeri tutan “qırmızı qəzəb” 1/8 final oyununu keçirmək üçün meydana dekabrın 5-də yox, 6-da çıxacaq, Xorvatiya yox, Mərakeş ilə qarşılaşacaq. İstirahət amilini və son iki komandanın gücünü nəzərə alanda çox usta gedişdi! Amma bu da son deyil. İspanlar bir güllə ilə iki də yox, üç dovşan vurub. Mərakeş üzərində mümkün qələbə o deməkdi ki, komanda turnirin aşkar favoritlərindən Braziliya ilə uzaqbaşı finalda qarşılaşa bilər. Bəs 3-cü dovşan hardadı? Artıq evində. İspaniyanın tarixən kubok komandası kimi məşhurlaşan bundestimi qrupda saxlamasını nəzərdə tuturam.

İspanların bilərəkdən uduzmadığını, sadəcə, yaponlara gücünün çatmadığını deyənlərin də öz dəlilləri var. Belələrinin əsas iddiası odu ki, bir komanda uduzanda da pley-offa çıxırsa, heç-heçə edəndə də, niyə can qoymalıdı, gücünü tükətməlidi? Və ya növbəti dəlillərə baxaq: elə bu İspaniya AÇ-2020-nin 1/8 finalında Xorvatiyanı 5:3 hesabıyla məğlub etmədimi, söhbət hansı qorxudan gedir? Nəhayət, qrup ikincisi olmaq İspaniyanı Fransanın yoluna çıxardı ki, “üçrənglilər”in də Braziliyadan zəif olduğunu iddia etmək çətindi. Bir sözlə, hər iki tərəfin özünəməxsus dəlilləri var. Söhbət tarixi ədalətin bərpasından gedirsə, Almaniya haqq etdiyi cəzanı alıb. Digər tərəfdən, İspaniya sırf turnir strategiyasına görə meydanda can qoymayıbsa, idman prinsiplərinə zidd davranıbsa, buna görə gec-tez cəzalanacaq. İndiki mənzərə belədi ki, “qırmızı qəzəb” dekabrın 6-da Mərakeşə uduzub mübarizəni dayandırsa, buna təkcə Almaniya yığmasının azarkeşləri yox, milyonlarla neytral futbolsevər də sevinəcək və bayram edəcək.

Sonda daha bir məqamı vurğulamaq istəyirəm. İspanlar təkcə futbolda yox, basketbolda da dəfələrlə belə hoqqabazlıq ediblər. Məsələn, ABŞ və Fransa ilə qarşılaşmamaq üçün istədikləri hesabla uduzublar. Futbol tarixi AÇ-84-ün seçmə mərhələsinin İspaniya – Malta oyununu da unutmayıb. Məhz ispanların 12:1 hesablı qələbəsi üzündən Niderland qitə birinciliyinə yollana bilmədi. Odu ki, yaxın gələcəkdə sərlövhəyə çıxardığım “nə tökərsən aşına, o da çıxar qaşığına” məsəli ispanların üzərində təsdiqini tapsa, heç kim təəccüblənməsin. Bu dünyada hər şey bumeranq effektlidi!

HÜŞƏNG

Paylaş:
Digər xəbərlər

İdman

29-11-2022, 13:0

“Edmonton” 0:3-ü qələbəyə çevirdi

İdman

3-04-2022, 16:0

“Dallas”, “Mayami” və “Boston” pley-offa vəsiqəni təmin etdi

DÇ

28-11-2022, 13:0

"Biz gördüyümüz işdən tam əminik” - Luis Enrike

Aktual
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
Son xəbərlər
  • Bu gün, 22:37
    Dilinin bəlasına düşdü
  • Bu gün, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Bu gün, 21:28
    "Karvan-Yevlax"dan qələbə, "Qarabağ" azlıqda qalan "Sabah"a uduzdu - YENİLƏNİB
  • Bu gün, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Bu gün, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Bu gün, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Bu gün, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
  • Bu gün, 19:55
    "Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
  • Bu gün, 19:24
    Milli Andorraya yenə qalib gəldi
  • Bu gün, 19:00
    "Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR
  • Bu gün, 18:56
    "Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirdi" - Fizuli Məmmədov
  • Bu gün, 18:35
    "Qarabağ" - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:55
    "Futbolçular daha məsuliyyətli olmalıdı" - Ayxan Abbssov
  • Bu gün, 17:24
    ''Fənər'' fanatlarını yenə infarkt dərəcəsinə çatdırdı - Bu mövsüm 3-cü dəfə...
  • Bu gün, 17:08
    Zelim Tçkayev bürünc medal qazandı - AÇ
  • Bu gün, 16:56
    “Qarabağ” son səkkiz oyunda “Sabah”a qalib gələ bilməyib - növbəti tamaşa olacaqmı?
  • Bu gün, 16:25
    Emin Əmrullayevdən "Neftçi"yə dəstək
  • Bu gün, 15:53
    “Sabah”ın futbolçusuna “sarı” verməyən Tural Qurbanov “Qarabağ”ın oyununda... – niyə, Rəhim Həsənov?
  • Bu gün, 15:22
    "Karvan-Yevlax" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Bu gün, 14:51
    İngiltərəli əfsanə Kriştiano Ronaldonun onu sevməməsinin səbəbini açıqladı
  • Bu gün, 14:30
    Kapitanla müqavilə yenilənəcək
  • Bu gün, 14:09
    “Qarabağ” Elçin Məsiyevi görüb, “Sabah”a uduzub! – amma ağdamlılar üçün bədayaq tək o deyil...
  • Bu gün, 13:58
    Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
  • Bu gün, 13:27
    Fransa klubunu əlavə xərcə saldı
  • Bu gün, 12:56
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 12:25
    Yunanıstanın ən prinsipial oyununu türkiyəli hakim idarə edəcək
  • Bu gün, 11:54
    Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
  • Bu gün, 11:23
    Flik niyə tələsmir?
  • Bu gün, 10:52
    Arbeloanın yerini kim tutacaq?
  • Bu gün, 10:31
    Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
  • Bu gün, 10:00
    Kocamandan iddialı sözlər: ''Qarşıdakı 20 il ''Fənərbaxça''nın dönəmi olacaq''
  • Bu gün, 00:20
    Mahir şans qazanmadı, komandası böyük hesabla uduzdu
  • Dünən, 23:59
    Qapıçı axtarışında olan ''Beşiktaş'' öz qapıçısını da itirə bilər
  • Dünən, 23:34
    "Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
  • Dünən, 23:15
    “Fənərbaxça” 90+8-ci (!) dəqiqədə qələbəni əldən verdi
Daha çox
Oxunub: 240
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 213
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 194
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 146
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 145
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 143
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə