• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hacıevski: “Sevindirici məqamdı ki, Azərbaycan Avropanın ortabablarından olan rəqiblərini məğlub edə bilir”

Ölkə futbolu / Manşet

25-11-2022, 14:0

Azərbaycanın yoldaşlıq görüşündə Şimali Makedoniyanı məğlub etdiyini bilirsiz.

Yığmamız rəqibinə 3:1 hesabıyla qalib gəldi. Oyunu izləyənlər arasında “Bakı”nın sabiq baş məşqçisi, millimizi bir seçmə oyuna çıxaran Qyoko Hacievski də olub. Təcrübəli mütəxəssislə əlaqə saxlayıb Azərbaycan - Şimali Makedoniya oyunu, ölkəmizdə futbolun hazırkı durumu haqda söhbətləşdik...

- Azərbaycan millisi yoxlama görüşündə Şimali Makedoniyanı 3:1 hesabıyla məğlub etdi.

- Maraqlı və baxımlı oyun oldu. Həqiqətən də qarşılaşmadan həzz aldım. Hər iki komanda əlindən gələnin ən yaxşısını etməyə çalışırdı. Lakin Azərbaycan daha yaxşı oyun sərgilədi. Canni de Byazinin komandası qələbə seriyasını davam etdirdi. Digər tərəfdə isə Şimali Makedoniya 5-ci oyunu idi ki, qələbə qazana bilmirdi. Bu səbəbdən də komanda meydanda ən yaxşısını etmək istəyirdi. Yekunda hər iki komandanın ifasında maraqlı matç izlədik.

- Bizim komanda nələri yaxşı etdi ki, Şimali Makedoniya üzərində qələbə qazandı?

- Azərbaycan daha çox təşkilatlanmış komandaya bənzəyirdi. Futbolçular meydanda nə etməli olduqlarını bilirdilər. Nizamli şəkildə hücumlar qurmağa çalışırdılar. Şimali Makedoniya isə çox aqressiv təsir bağışlayırdı. Daha sonra hər iki komandanın oyun səviyyəsi bərabərləşdi. Əlbəttə, belə də olmalıydı. Şimali Makedoniyanın heyətində Avropanın nəhəng komandalarında çıxış edən futbolçular var. Onlar son 5 ildə inkişaf ediblər. Bizim yığma bu illər ərzində İtaliya və Almaniyanı məğlub edə bildi. Təsnifat mərhələrində olduqca yaxşı çıxış edirlər. Lakin Azərbaycan haqda bunları söyləmək olmaz. Yığmanız son iki təsnifat mərhələsinin hərəsində 1 xal qazanıb. Buna baxmayaraq, Millətlər Liqasının son 3 oyununda, Moldova ilə yoldaşlıq matçında komandanın inkişafda olduğunu gördük. Bizimlə görüşdə isə daha istəkliydiz. Bunun da səbəbi əvvəlki matçlarda qazanılan qələbələr idi. Komandada qələbə ruhu var. İndi onlar istənilən rəqiblə başa-baş mübarizə aparmaq əzmində olduqlarını düşünürlər. Bu da çox əla bir durumdu. Məhz bu məqam yoxlama oyununda Azərbaycanı Şimali Makedoniyadan üstün etdi.

- Sanki ilk yarının 20 dəqiqəsində Şimali Makedoniya daha yaxşı mübarizə aparırdı. Bundan sonra isə komandanın oyununda düşüş yaşandı. Bunun səbəbi nə idi?

- Çox rahat şəkildə penalti qazandıq və onu qola çevirdik. Bundan sonra oyunçularda arxayınlıq yarandı. Azərbaycan hücumlarının sayını artırdı. Qol buraxandan sonra Canni de Byazinin komandasının belə fəallaşacağını gözləmirdim. Bu, məni təəccübləndirdi. Hesab bərabərləşəndən sonra isə oyunda güclər eyniləşdi. Sadəcə, qırmızı vərəqə almağımız Azərbaycanın daha da aqressivləşməsinə səbəb oldu. Bunun sayəsində hesabda önə keçdilər. Təbii ki, bu, baş verməli idi. Çünki adam sayında az olan komanda müdafiə haqda düşünür. Lakin sizin futbolçular keyfiyyətli oyun nümayiş etdirərək şanslar yaratdılar. Düzdü, makedoniyalılar Avropanın güclü liqalarında çıxış edirlər. Lakin bu görüşdə azərbaycanlılar yüksək səviyyəli oyun nümayiş etdirdilər. Hər epizoddan faydalanmağa çalışırdılar. Bu da komandanın yaxşı vəziyyətdə olmasının göstəricisidi. Yenə deyirəm, onlar hazırda qələbələrə görə daha çox istəklidilər. Bu səbəbdən də Azərbaycanın 60 dəqiqə üstün oynadığını hamımız düşünmək olar. Lakin unutmaq lazım deyil ki, Şimali Makedoniyanın iki zərbəsi tirdən qayıdıb, bir neçə epizoddan yararlana bilmədilər. Bunları nəzərə alıb komandaların bərabərsəviyyəli oyun nümayiş etdirdiyini söyləyə bilərəm. Sadəcə, Azərbaycan şanslardan daha yaxşı yararlana bildi.

- Bu Azərbaycan millisi nələrəsə nail ola bilər?

- Bu haqda danışmaq çox çətindi. Çünki komanda ardıcıl 5 oyunda qələbə qazanıb. Millətlər Liqasında məğlub etdikləri rəqiblərdən Slovakiyanı xüsusi fərqləndirmək olar. Qazaxıstan və Belarus isə Azərbaycanla eyni gücdə, bəlkə də zəif komandalardı. Daha sonra Moldova ilə yoldaşlıq görüşündə çox yaxşı təsir bağışladılar. Amma son dəqiqələrdə qolun buraxılması narahatlıq yaradan məqamdı. Çünki Moldova Azərbaycandan zəifdi. Bu, açıq-aşkar görünür. Belə rəqibə qarşı oyunda son dəqiqələrdə müdafiə olunmaq və qol buraxmaq qəbuledilməzdi. Lakin Şimali Makedoniya ilə görüşdə bunun tam əksini gördük. Azərbaycan Avropa səviyyəli futbol nümayiş etdirirdi. Bizim yığmanın gücü hamıya bəllidi. Avropa çempionatında çıxış etmişik. Dünya çempionatının pley-offunun finalında Portuqaliyaya uduzsaq da, İtaliyanı məğlub edə bildik. Bu rəqibə qarşı yaxşı oyun sərgiləyib, qələbə qazanmaq çox şeydən xəbər verir. Sevindirici məqamdı ki, Azərbaycan Avropanın ortabablarından olan rəqiblərini məğlub edə bilir. Söhbət Slovakiya ilə Şimali Makedoniyadan gedir. Amma bu görüşlər onlar üçün nə qədər vacib idi? Bax, bunu düşünmək lazımdı. Amma yığma Avropa çempionatının seçmə mərhələsindəki güclü rəqiblərə qarşı necə təsir bağışlayacaq? Səhv etmirəmsə, qrupunuzda İsveç, Avstriya və Belçika yığmaları var. Estoniya ilə qarşılaşmada nəyəsə ümid etmək olar. Amma başqaları haqda nəsə demək çox çətindi.

- Sizcə, Azərbaycan futbolu son illərdə inkişaf edib?

- Bu barədə geniş danışmaq istəyirəm. İnkişaf deyəndə nəyi nəzərdə tutursuz? Bəli, bu gün sizin “Qarabağ” Avropada yüksək səviyyəli nəticələr əldə edir. Lakin təkcə bu yetərlidi? Təbii ki, yox! “Qarabağ”da legionerlər var. Komanda bütövlükdə azərbaycanlılardan ibarət olsaydı, bu gözəl nəticə sayılardı. Lakin sizin millinin seçim imkanı çox azdı. Çempionatda cəmi 10 komanda çıxış edir. Səhv etmirəmsə, 4 yerli futbolçu klublarda çıxış etməlidilər. Bunları toplayanda edir 40 futbolçu. Milli komandaya 26 nəfər dəvət olunur. 40 nəfər arasından bu qədər oyunçu seçmək doğru deyil. Ən azı 100 nəfər arasından xüsusi seçilmişlər milliyə çağırılmalıdı. Bu dəqiqə üçün ölkə xaricində çıxış edən çox futbolçu yoxdu. Təkcə Mahir Emreli, Renat Dadaşov, Ozan Can və Anton var. Bu da çox azdı. Onlar da Avropanın ortabablarında çıxış edirlər. Legioner həyatı yaşayan oyunçularınız çoxalmalıdı. Futbolçularınız, heç olmasa, Türkiyə, Slovakiya, Çexiya, İrlandiya, Şotlandiya kimi ölkələrin çempionatlarında çıxış etməlidilər. Bu da komandanızın gücünü artıra bilər. Futbolun inkişafı bir Avropa səviyyəli komanda yaratmaqla olmur. “Qarabağ”, “Sabah”, “Neftçi” kimi azı 6-7 klub olmalıdı. Çempionatda komandaların sayı çoxalmalıdı. 1-ci divizionda güclü komandalar çıxış etməlidi. Sizdə liqalar arasında uçurum var. Azərbaycanda milli komandanın inkişafı üçün futbol düşüncəsi dəyişməlidi. Bəlkə də keçmişə nəzərən futbolunuz inkişaf edib. Stadionlar və texnologiya müasirləşə bilər. Amma başqa ölkələrdə sistemlər tam başqa cürdü. Federasiya komandaların sayını artırmalıdı. Yığmaların hamısına xüsusi nəzarət lazımdı. Hər seçmə mərhələ zamanı əsas heyətə 2-3 gənc futbolçu cəlb olunmalıdı. Komandalar futbolçu yetişdirməyi istəməlidilər. Bunların fonunda Azərbaycanın futbol təsərrüfatının inkişaf etdiyini söyləyə bilərik.

- Bu qədər məlumatınız varsa, deməli, bizim çempionatı müntəzəm izləyirsiz?

- Nəticələrə və icmallara baxıram. Amma 90 dəqiqə matçları izləməlirəm. Bəzi xüsusi qərarlarla bağlı xəbərləri mediadan oxuyuram.

- Yenidən Azərbaycanda çalışmaq istəyərsiz?

- Əlbəttə! Yaxşı təklif olsa, niyə də dəyərləndirməyim?!

- Azərbaycanda dostlarınız var? Kimlər sizinlə əlaqə qurur? Kimlər hal-əhval edir? “Bakı”da birgə çalışdığız adamlar sizi yad edir?

- Əlbəttə! Həm şəhərdən, həm də klubdan çoxlu dostlarım var. Asif Əliyevlə danışırıq. Mənim köməkçim olan Faiq Əzizovla əlaqə saxlayırıq. Onunla Suədiyyə Ərəbistanında və Azərbaycan yığmasında birgə çalışmışıq. Bundan başqa, Nazim Süleymanovla dostuq. Mütəmadi olmasa da, ara-sıra danışırıq. Elxan Abdullayevlə də danışırıq. O “Neftçi”də çalışan zaman söhbətləşirdik. Millinizin baş məşqçisi Canni de Byazinin köməkçisi Arif Əsədovla əlaqəmiz var. “Simurq”un keçmiş prezidenti Vaqiflə əlaqəmiz var. Başqa da jurnalistlərlə arabir danışır-söhbətləşirik.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

20-11-2022, 19:0

Yığmamızın tarixində ilk

Yığma / Manşet

20-11-2022, 19:0

"Seçmə oyunlardan əvvəl bizim üçün vacib test oldu"

Yığma

7-10-2022, 14:0

Millimizin Şimali Makedoniya ilə oyununun vaxtı açıqlandı

Yığma / Manşet

20-11-2022, 18:0

Millimizdən ardıcıl 5-ci qalibiyyət! - YENİLƏNİB

Dünya futbolu

28-03-2022, 10:0

"Şimali Makedoniya çətin rəqib olacaq" - Portuqaliya millisinin baş məşqçisi

Yığma

18-11-2022, 15:0

De Byazinin mətbuat konfransının vaxtı açıqlandı

Aktual
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
Son xəbərlər
  • Bu gün, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Bu gün, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Bu gün, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Bu gün, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Bu gün, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Bu gün, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Bu gün, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Bu gün, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 120
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 119
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə