Azərbaycan millisinin Şimali Makedoniya yığması ilə keçirəcəyi yoxlama oyununun vaxtı müəyyənləşib.
"Footbal-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, görüş noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da oynanılacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi Şimali Makedoniya ilə matçdan əvəl noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda Moldova ilə yoxlama görüşü keçirəcək.