Noyabrın 20-də, saat 17.00-da, Skopyedə keçiriləcək Şimali Makedoniya - Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində hər iki komandanın keçirəcəyi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.
"Football-plus.az" xəbər verir ki, tədbirlər oyundan bir gün əvvəl - noyabrın 19-da təşkil olunacaq.
Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Bakı vaxtı ilə 13.30-da media nümayəndələri ilə görüşəcək.
Azərbaycan milli komandası
19 noyabr
Saat 10.30. Mətbuat konfransı (Bakı vaxtı ilə 13.30)
Saat 11:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Bakı vaxtı ilə 14.30)
Şimali Makedoniya milli komandası
19 noyabr
Saat 13.00. Mətbuat konfransı
Saat 14.00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
De Byazinin mətbuat konfransının vaxtı açıqlandı
Yığma


