Milli komandamız növbəti yoldaşlıq oyununu keçirib.
Football-plus.az xəbər verir ki, yığmamız Şimali Makedoniyanı məğlub edib - 3:1. Bu qələbə futbol komandamızın tarixində ilklə yadda qalıb. Belə ki, A millimiz indiyədək Şimali Makedoniyanı udmağı bacarmamışdı. Bu müddətdə keçirilən 9 matçda 5 bərabərlik və 2 heç-heçə qeydə alınıb. Canni de Byazinin yetirmələri Elvin Cəfərquliyev, Musa Qurbanlı və Ramil Şeydayevin qolları ilə bu uğursuz seriyanı bitirib.
27.07.2000 Varna. YO. Makedoniya – Azərbaycan 2:1
06.10.2000 Skopye. DÇSO. Makedoniya – Azərbaycan 3:0
05.09.2001 Bakı. DÇSO. Azərbaycan – Makedoniya 1:1
29.05.2010 Avstriya. YO. Azərbaycan – Makedoniya 1:3
10.08.2011 Bakı. YO. Azərbaycan – Makedoniya 0:1
29.05.2016 Avstriya. YO. Azərbaycan – Makedoniya 1:3
27.03.2018 Türkiyə. YO. Azərbaycan – Makedoniya 1:1
İSMAYIL XEYRULLAYEV