“Football-plus.az” xəbər verir ki, millimizin üzvü Almaniya yığmasının DÇ-də Yaponiyaya uduzmasından sonra ilk "11-liy"in qarşısına xoruz şəkli qoyaraq izləyiciləri ilə bölüşüb. Daha sonra asiyalıların rəsminə "one love" başlığı verərək paylaşıb.
Bu məsələ sosial şəbəkələrdə gündəm olub. Bir çoxları Şahruddinin hörmətsizlik etdiyini düşünür. Görəsən, millinin qolkiperi niyə belə edib? Klubun "xoruz" paylaşımına münasibəti necədi? Sualımızı "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə belə cavablandırdı:
"Zarafat niyyəti ilə edilən paylaşımdı. Şahruddinin özüylə də bu barədə danışmışam. Bilirsiz ki, hazırda komandalar, futbolçular sosial şəbəkələr üzərindən bir-birinə atmacalar atırlar. Hesab edirəm ki, bu məsələyə ciddi yanaşmamaq lazımdı. Zarafatla edilən paylaşımdı".
İLKİN SULTANLI

