• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Gələcək gəlməyəcək! - KÖŞƏ

DÇ 2026 / Yazarlar

23-11-2022, 18:0

Bəlkə də xoşbəxt insanlarıq.

Tarixdə ilk dəfə dünya çempionatının oyunları payız-qış aylarında keçirilir. Biz də bu mundialı izləyə bilirik. Hələ cəmi 4 oyuna baxsaq da, Qətərdəki turnir bütün trendləri alt-üst edib. Dünya mediası Asiya qitəsində keçirilən çempionatın ağına da yazır, qarasına da. Amma fikrimcə, məkanından asılı olmayaraq, DÇ bütün turnirlərin ən maraqlısıdı. İnsan bu yarışı izləyəndə düşünür ki, görəsən, biz nə vaxt mundiallarda iştirak edəcəyik? Heç olmasa, həyatımızda dəfə millimizin Avropa və ya dünya çempionatında oynadığını görə biləcəyik?

Azərbaycan futbolu üçün də tarixi anlar yaşayırıq. Yığmamız ardıcıl 5 oyundu qələbə qazanır. Canni de Byazinin komandası Millətlər Liqasının son üç görüşündə Belarusu, Slovakiyanı, Qazaxıstanı, yoldaşlıq matçlarında isə Moldova və Şimali Makedoniyanı məğlub etdi. Sonuncu AÇ-2020-nin iştirakçısı, DÇ-2022-in pley-offçusudu. Nəticələrə baxıb, nələrəsə ümid etmək olur. Adam düşünür ki, deyəsən, De Byazi nəsə edir. Amma bəzi nüansları da nəzərə almaq lazımdı. Millətlər Liqasında, demək olar ki, 3-cü turdan sonra hər şey böyük ölçüdə bəlli olmuşdu. Rəqiblər bizimlə görüşlərə həvəssiz yanaşırdı. Yoldaşlıq görüşləri isə yoxlama xarakterlidi. Burdakı nəticələrə görə inkişaf barədə nəsə söyləmək olmaz. Amma yığmanın oyun tərzinə baxanda irəliləyişin şahidi oluruq. Futbolçular əvvəlki kimi topu hara gəldi vurmur. Oyun ərzində düşünülmüş hücumlar qura bilirlər. Standart vəziyyətlərdən fərqlənməyi bacarırıq. Cərimə və künc zərbələri zamanı rəqib bizdən ehtiyatlanır. Qısaca, Canni de Byazinin kollektivinin oyununa baxanda meydandakıların komanda şəklində mübarizə apardığını görürsən. Bəs bu məqam gələcəyə ümidlə baxmağa əsas verir? Yox! Çünki bu yığma maksimum iki seçmə mərhələdə mübarizə apara bilər. AÇ-2024-ün seçim oyunlarında rəqiblərimiz Belçika, Avstriya, İsveç və Estoniya yığmalarıdı. Bu millinin üzvləri ancaq estonlardan 6 xal almaq potensialındadı. Digərləri ilə işimiz çox çətindi. İki gün öncə İtaliyanı 2:0 hesabı ilə məğlub edən Avstriya yığmasından xal alacağımıza ümid etmək sadəlövhlük olar. Belçika dünya çempionatının favoritlərindəndi. İsveçdə isə yeni futbolçu nəsli formalaşır. Belə olan halda da bizdən güclüdülər. Ən yaxşı halda bu komandanı qabaqlayıb, qrup üçüncüsü ola bilərik. Bunu bacaracağımız da böyük işdi. Bəs ümid nəyədi? Gələcək nəslə yatırım etməliyik. U-19 və U-21 komandalarından ən yaxşılarını seçib yeni heyət formalaşdırmaq olar. Amma...
İki-üç ay öncə Miloş Velebetin rəhbərlik etdiyi 19 yaşadək futbolçulardan ibarət yığma qitə birincilyinin seçmə mərhələsində Türkiyə, Bolqarıstan və Lüksemburqa uduzaraq qrup sonuncusu oldu. Onların böyük qardaşları, U-21 millimiz də Misli premyer-liqasında yaranan fasilədən istifadə edərək Antalyaya toplanışa yollandı ki, gücünü yoxlasın. Amma gənclər də üzümüzü qara etdi. Macarlardan 3, isveçlilərdən 8 top buraxdılar. Özlərinin isə cəmi 1 dəfə fərqlənməyə gücləri çatdı. Onu da türkəsilli Mustafa Yıldırım vurdu. Yəni bizim gənclər avropalıların qarşısında futbol oynaya bilmir. Düzdü, qarşılaşmaları izləmək imkanımız olmayıb. Bu üzdən çox söz deyə bilmirik. Komandanın nə üçün bu durumda olduğu haqda konkret fikrimiz yoxdu. Amma nəticə hər şeydən xəbər verir. 5 oyundu qələbə qazanan əsas millinin qarşıdakı matçlarda heç nə edə bilməyəcəyini düşünürüksə, gənclər haqda deməyə söz tapmırıq.

Yazıya DÇ ilə bağlı xəyallarla başlamışdım. Deyəsən, bu arzum elə xəyal olaraq da qalacaq. Tarixin ən yaxşı yığması ilə bacarmayacağıqsa, öz yaşıdlarından ümumilikdə iki qarşılaşmada 11 top buraxanlardan nə gözləyək? Heç nə! “Coğrafiya qədərimizdi” deyib, azərbaycanlı olmağımızla fəxr edək!

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

1-10-2022, 19:0

De Byazi Azərbaycan futbol ictimaiyyətindən üzr istəməlidi - YAZI

Yığma / Manşet

16-11-2022, 23:0

Yığmamızdan rekord

Yığma / Manşet

20-11-2022, 19:0

Yığmamızın tarixində ilk

Yığma / Manşet

17-11-2022, 04:0

Millimizdən qələbə - YENİLƏNİB

Yığma / Manşet

20-11-2022, 19:0

"Seçmə oyunlardan əvvəl bizim üçün vacib test oldu"

Aktual
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
Son xəbərlər
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Dünən, 18:58
    London klubunda yeni təyinat
  • Dünən, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Dünən, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Dünən, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Dünən, 17:22
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
  • Dünən, 16:42
    “Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
  • Dünən, 16:24
    AFFA-nın Elit layihəsi çərçivəsində seleksiya turniri keçirildi
  • Dünən, 15:54
    “Gəncə” üç voleybolçusu ilə vidalaşdı
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə