Millimiz tarixinin yeni rekorduna imza atıb.
Football-plus.az xəbər verir ki, yığmamız 30 illik tarixində ilk dəfə ardıcıl 4 qələbə qazanıb. Bu uğurlu seriya Millətlər Liqasında başlayıb. Belarusu 2:0, Slovakiyanı 2:1, Qazaxıstanı 3:0 hesabı ilə məğlub edən millimiz bugünkü yoldaşlıq oyununda Moldovaya qalib gəlib – 2:1. 1993-cü ildə və 2009-10-cu illərdə ardıcıl üç qələbəni sıralayan komandamız bu dəfə seriyasını 4-ə çatdırıb.