• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dünya çempionatının ən baxımlı oyunları - YAZI

DÇ 2026 / Yazarlar

18-11-2022, 22:0

Qətərdə təşkil ediləcək 22-ci dünya çempionatının startına 2 gün qalır.

Football-plus.az xəbər verir ki, məqamda geriyə boylanıb mundiallar tarixinin ən baxımlı oyunlarını xatırlamaq yerinə düşər. Futbolda daha böyük maraq doğuran nəhəng turnirdə indiyədək baş tutan ən dramatik matçları yada salaq.

DÇ-1998. 1/8 final
Argentina – İngiltərə 2:2, p. – 4:3

Son 6 mundialın ən baxımlı oyunlarından biri siyasi planda rəqib sayılan ölkələrin komandaları arasında keçirildi. Argentina və İngiltərə yığmaları DÇ-1998-in 1/8 finalında qarşılaşdılar. Fransada keçirilən matç ərəfəsində yaranan böyük ajiotajın əsas səbəbini anlamaq heç də çətin deyildi. İngilislər DÇ-1986-nın 1/4 finalındakı məğlubiyyətin əvəzini çıxmaq üçün alışıb-yanırdılar. Onda əfsanəvi Dieqo Maradonanın özünün dediyi kimi “Tanrının əli” ilə vurduğu qol “albiselesta”ya 2:1 hesablı qələbə gətirmişdi...
Tanış rəqiblərin 1998-ci il iyunun 30-da Sent-Etyendə keçirilən növbəti görüşü daha məhsuldar alındı. Tərəflər artıq ilk 16 dəqiqədə qapı torlarını 3 dəfə silkələdilər. Qabriel Batistuta penalti ilə Argentinanı önə keçirdi. Ancaq 4 dəqiqə sonra Alan Şirer bu yolla cavab qolunu vurdu. Qeyd edək ki, Maykl Ouenin cərimə meydançasında qazona yıxılması kobudluğa məruz qalmaqdan çox simulyasiyaya bənzəyirdi. 18 yaşlı Ouen 16-cı dəqiqədə özü möcüzəvi qol vuraraq britaniyalıları hesabda irəli çıxardı. Lakin Xavyer Zanetti ilk hissənin sonunda fantastik zərbə ilə hesaba tarazlıq gətirdi.
İkinci hissədə ingilislərin bəxti heç gətirmədi: yarımmüdafiəçi Devid Bekhem “Atletiko”nun hazırkı baş məşqçisi Dieqo Simeonenin ayağına zərbə endirdiyi üçün meydandan qovuldu, Sol Kempbellin başla vurduğu qol isə Çirerin qapıçı Karlos Roaya qarşı kobudluğuna görə ləğv edildi. Nəticədə qalibi müəyyən etmək üçün penalti seriyasına ehtiyac duyuldu. Bu sınaqdan argentinalılar qalib ayrıldılar. Onların qapıçısı Pol İns ilə Devid Bettinin zərbələrini dəf etməklə komandasını 1/4 finala çıxardı.

DÇ-2006. Yarımfinal
Almaniya – İtaliya 0:2
2006-cı ildə Almaniyada təşkil edilən turnirin yarımfinal matçının sonu olduqca dramatik alındı. Avropanın iki nəhəng komandası münasibətlərini Dortmundda aydınlaşdırdılar. Özü də azarkeşlərini 119-cu dəqiqəyə qədər gərginlikdə saxladılar. Əsas vaxtda qol vurulmasa da, hər iki tərəfin bunun üçün yetərincə imkanı oldu. Canluici Buffon Bernd Şnayder ilə Lukas Podolskinin zərbələrinə möhtəşəm reaksiya verdi. İtaliyalı qapıçının oyundaşları Alberto Cilardino ilə Canluka Zambrotta isə fəal şəkildə almanlarınqapısı qarşısında təhlükəli vəziyyətlər yaratdılar.
Tərəflər əlavə vaxtda da hesabı açmaqda çətinlik çəkirdilər. Artıq hamı məsələnin penalti seriyasında həllini tapacağını düşünürdü. Ancaq 119-cu dəqiqədə Fabio Qrosso çoxlarının gözləmədiyi halda Yens Lemannın qoruduğu qapıya yol tapdı. Bundestim dərhal böyük qüvvə ilə irəli atılaraq cavab qolunu vurmağa çalışdı. Ancaq italyanların bir neçə saniyə çəkən effektli əks-hücumu meydana 104-cü dəqiqədə çıxan Alessandro Del Pyeronun qolu ilə nəticələndi. Bir sözlə, almanlar iki dəqiqə ərzində şok yaşayaraq finaldan kənarda qaldılar. İtaliya isə cəsarətli oyunu sayəsində həlledici matça çıxdı. Marçello Lippinin komandası Fransanı penalti seriyasında üstələməklə tarixində 4-cü dəfə çempion oldu.

DÇ-1954. Final
Macarıstan - AFR 2:3
Macarıstanın “qızıl komandası” ötən əsrin 50-ci illərində məğlubedilməz kollektiv kimi tanınırdı. Amma 1954-cü ildə keçirilən mundialın AFR yığması ilə finalı bu fikri alt-üst etdi. Qustav Şebeşin komandası həmin ana qədər keçirdiyi 31 oyunda məğlub olmamışdı. Bu seriyada “Uembli”də keçirilən matçda İngiltərə üzərində 6:3 hesablı qələbəni xüsusi vurğulamalıyıq. Macarıstan millisi Şebeşin taktiki qərarları ilə dünya futbolunda inqilab etmişdi. “Total futbol”un erkən versiyası sayılan “sosialist futbolu” konsepsiyasının müəllifi 4 hücumçulu sxemdən istifadə edirdi. Bu sxemin əsasını Şandor Koçiş, Yojef Bojik, Nandor Hideqkuti və əlbəttə ki, təkrarolunmaz Ferents Puşkaş təşkil edirdi.

Macarlar qrup mərhələsində iki rəqibin qapısından ümumilikdə 17 top keçirmişdilər: ilk matçda koreyalıları 9 cavabsız qolla darmadağın edən mərkəzi avropalılar AFR-ə 8:3 hesabıyla qalib gəlmişdilər. Şebeşin komandası 1/4 finalda Braziliyanı, yarımfinalda isə Uruqvayı 4:2 hesabı ilə devirərək finala adlamışdı. İsveçrənin Bern şəhərində keçirilən həlledici matçda qalibin kim olacağı böyük ölçüdə bəlli idi. Macarlar ilk 10 dəqiqədə Puşkaş və Zoltan Tsiborun sayəsində qərbi almaniyalıların qapısından iki top keçirdilər. Çoxları bundestimin növbəti darmadağından qaça bilməyəcəyini ehtimal edirdi. Lakin matçın gedişində macarların işləri qaydasında getmədi. Almanlar növbəti 10 dəqiqədə hesabı bərabərləşdirdilər. 84-cü dəqiqədə isə Helmut Ranın zərbəsi “qızıl komanda”nı qızıl medallardan etdi. Zepp Herbergerin çalışdırdığı AFR millisi tarixində ilk dəfə dünya çempionu oldu. Bundestimin qələbəsi isə tarixə “Bern möcüzəsi” kimi düşdü.

DÇ-1970. 1/4 final
Braziliya – Peru 4:2
DÇ-1970-in 1/4 finalının Meksikanın Qvadalaxara şəhərində keçirilən oyunu Cənubi Amerika təmsilçilərinin şousu kimi yadda qaldı. Braziliya yığmasının çalışdıran Mario Zaqallo çox çətin sınaq qarşısında idi. Axı onun milli komandadan olan sabiq oyundaşı, ikiqat dünya çempionu Didi Peruya başçılıq edirdi.

Braziliyalılar matın əvvəlində favorit statusunu doğrultdular. Əvvəlcə Pele topu dirəyə vurdu, az sonra isə Rivelino sol ayağıyla topu müəmmalı trayektoriya ilə tora qovuşdurdu. Hesabın açılmasından sonra isə perulu qapıçı Luis Rubinyosu Tostao da məyus etdi. Braziliyalıların cərimə zərbəsi ilə vurduqları fantastik qol isə hesaba alınmadı. Bütün bunlar ilk 20 dəqiqədə baş verdi.

İki top fərqi ilə geridə olan perulular əsla təslim olmaq haqda düşünmürdülər. Onların sıralarında müdafiəçi Ektor Çumpitas və yarımmüdafiəçi Teofilo Kubilyas kimi ulduz futbolçular vardı. Didinin komandası irəli atılaraq 28-ci dəqiqədə Alberto Qalyardo ilə fərqi minimuma endirdi. Doğrudu, Braziliya Tostaonun 52-ci dəqiqədəki qolu ilə hesabı 3:1-ə çatdırdı. Bundan 18 dəqiqə sonra Kubilyas peruluları yenidən ümidləndirdi. Bir qədər təşvişə düşən Zaqallonun komandası çox keçmədən Jairzinyo ilə 4-cü qlu vurdu. Beləliklə, Cənubi Amerika təmsilçilərinin dueli Braziliyanın 4:2 hesablı qələbəsi ilə nəticələndi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-04-2022, 11:0

Maradonanın forması hərraca çıxarılacaq

Dünya futbolu

22-04-2022, 18:0

Maradonanın forması rekord məbləğə satıldı

Dünya futbolu

5-08-2022, 22:0

Cənubi amerikalılar da DÇ-2030-a iddia edəcəklər

Dünya futbolu

30-05-2022, 17:0

Premyer-liqada mövsümün ən baxımlı qolu seçildi

Aktual
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Son xəbərlər
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Daha çox
Oxunub: 203
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə