• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bu hadisədən 6 ay sonra ÇL-in finalına təyinat aldım”

Dünya futbolu

23-11-2022, 19:0

Türkiyənin Çexiyanı 2:1 hesabıyla məğlub etdiyi yoldaşlıq matçının əvvəllərində tarixi bir olay yaşandı.

İlk 5 dəqiqədə oyunu idarə edən Cüneyt Çakır daha sonra hər iki komandanın üzvlərinin, eləcə də stadiona toplaşan fanatların böyük alqış sədaları altında fitini şotlandiyalı Uilyam Kolluma verdi. Bununla da Çakır möhtəşəm karyerasını rəsmən başa vurdu. Bu, onun karyerasının sonuncu – 1679-cu qarşılaşması oldu. 1994-cü ildən hakim karyerasına start verən, 2001-dən etibarən superliqa oyunlarına təyinat alan və 2006-dan etibarən FİFA hakimi statusunda olan 46 yaşlı Çakır həqiqətən də Türkiyə hakimliyini tam yeni səviyyəyə daşımağı bacardı. 1 dəfə ÇL-in finalını, 1 dəfə AÇ-nin və 2 DÇ-nin yarımfinalını idarə edən Çakır 2021-ci ildə Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası tərəfindən keçirilən sorğuda XXI əsrin ən yaxşı 2-ci hakimi seçilmiş və yalnız almaniyalı Feliks Brıxdan geri qalmışdı. Əslində bu mundialda o, ardıcıl 6-cı nəhəng turnirə təyinat alan tarixdəki ilk hakim ola bilərdi. Amma bəzi məlum və qalmaqallı səbəblər üzündən bu baş vermədi. Yeri gəlmişkən, Qaziantepdə bir məqam diqqətdən qaçmadı. Türkiyə Futbol Federasiyası nədənsə bu vidanı yalnız Cüneyt Çakır üçün təşkil edərək uzun illər onunla yanyana bütün oyunlara təyinat almış köməkçiləri Bahattin Duranla Tarık Onqunu unutdu! Bu hakimləri ən azı stadiona dəvət etmək və bir hədiyyə verib onlarla da normal vidalaşmaq olardı. Amma Çakır özü də 13 il onun köməkçiləri olmuş bu tandemin unudulmasına göz yumdu.

Final fitindən sonra türkiyəli həmkarlarımıza açıqlamalar verən səbəbkar bunları dedi:

“Yığmamızı təbrik edirəm. Bu gün qalib gəlməklə AÇ-2024-ün seçmə mərhələsindən öncə bizi ümidləndirdilər. İnanıram ki, final mərhələsinə vəsiqə qazanacaqlar və biz də qürurla onları dəstəkləyəcəyik. Bu gün mənim üçün çox önəmli bir gündü. Tək mənim üçün yox, bütövlükdə Türkiyə hakimliyi adına qürurverici bir gündü. Bəlkə də dünyada bir ilk reallaşdı. Bu cür şəkildə hakimliklə vidalaşan olmamışdı. Ona görə də çox həyəcanlıyam və duyğularım bir-birinə qarışıb. Bu cür sevgiyə layiq olmağım mənim üçün fəxrdi. Əslində uşaq vaxtı futbolçu olmaq istəyirdim. Amma atamın hakim olması məni bu sahəyə gətirdi. Bir işə başladınsa, onu böyük istək və ehtirasla görmək lazımdı. İnsanlar biz hakimləri çox da yaxşı tanımır. Çünki bizi yalnız oyunlarda görürlər. Amma mən uşaqlıqdan futbolu dəlicəsinə sevmişəm. Öz çempionatımızın qədrini bilməliyik. Topun oyunda qalma müddəti baxımından premyer-liqa və ÇL kimi turnirlərlə müqayisə etmək istəməzdim. Amma superliqamız digər çempionatlarla eyni səviyyədədi. Düzdü, az tənqid olunmadım. Tənqiddən qorxmaq lazım deyil. Amma hər zaman insanlardan böyük hörmət gördüm. Bizim nəhəng turnirlərdə təmsil olunmağımız çox vacibdi. DÇ-də biz 2 milyard insanın izlədiyi bir oyuna təyinat alanda futbolsevərlər məndən “Cüneyt Çakır” kimi yox, “türk hakim” deyərək bəhs edirlər. Karyeramın, şübhəsiz, ən önəmli oyunu 2015-də “Barselona” ilə “Yuventus” arasındakı ÇL-in final matçıdı. Həm də ona görə ki, həmin mövsüm ciyərimdən ciddi bir xəstəlik keçirmişdim. Hətta karyeramın bitəcəyini söyləyənlər də var idi. Amma bu hadisədən 6 ay sonra ÇL-in finalını idarə etdim. Ötən mövsümün ikinci dövrəsində yaşananlar üzücüdü. Amma Türkiyə xalqı nəyin necə olduğunu gözəl bilir. Federasiyanın indiki başqanı Mehmet Büyükekşinin inanılmaz planları var. Ona qarşı səbirli olsaq, tək hakimliyimiz yox, futbol özü də irəliləyəcək. Hakimlər Komitsəində heç bir vəzifədə işləmirəm və məsləhətçi deyiləm. Amma əcnəbi VAR hakimlərinin dəvət olunması mövzusunda fikrimi öyrənsələr, təbii ki, böyük məmnuniyyətlə təcrübəmi onlarla bölüşərəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-11-2022, 16:0

Çakır son olaraq bu oyunu idarə edəcək

Dünya futbolu

15-10-2022, 16:0

Çakır üçün vida oyunu keçiriləcək?

Dünya futbolu

7-10-2022, 15:0

Çakırın yeni işi bəlli oldu

Dünya futbolu

11-06-2022, 18:0

Çakıra Avropada 115 gündən sonra oyun verildi

Çempionlar Liqası

1-08-2022, 16:0

Cüneyt Çakır Mahirin komandasının oyununu idarə edəcək

Dünya futbolu

22-05-2022, 11:0

Çakır adını futbol tarixinə yazdıra bilmədi!

Aktual
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
Son xəbərlər
  • Bu gün, 16:38
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 234
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə