Çakır son olaraq bu oyunu idarə edəcək

16.11.2022 16:59 382
Dünya futbolu
Bu ilin avqustunda hakimlik karyerasını başa vuran Cüneyt Çakırın son dəfə fit çalacağı oyun məlum olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Böyükekşi yerli mətbuata açıqlamasında bildirib.

O deyib ki, 46 yaşlı referi noyabrın 19-da Türkiyə və Çexiya milliləri arasında keçiriləcək yoldaşlıq oyununun ilk 5 dəqiqəsində matçı idarə edəcək. Bu, Çakırın hakimlik karyerasında sonuncu matçı olacaq.

M.Böyükekşi Çakıra federasiyada iş verilə biləcəyini də istisna etməyib:

"Oturub danışacağıq. Əgər uyğun olarsa, federasiyada işlə təmin olunacaq".


Qeyd edək ki, Çakır 2006-cı ildən FİFA referisi idi. Ötən mövsümün ikinci yarısından Türkiyə Superliqasının oyunlarına təyinat almayan Çakır DÇ-2022-dən də kənarda qalıb.