• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çakır adını futbol tarixinə yazdıra bilmədi!

Dünya futbolu

22-05-2022, 11:0

FİFA bu il noyabrın 21-dən dekabrın 18-nə qədər Qətərdə keçiriləcək dünya çempionatında fit sahibi olacaq hakimlərin yekun siyahısını açıqlayıb.

Siyahıya 36 əsas, 69 köməkçi və 24 video köməkçi olmaqla ümumilikdə 129 hakimin adı düşüb. Bəribaşdan qeyd edək ki, məlum hadisələr üzündən, gözlənildiyi kimi, siyahıda Rusiyadan heç bir hakim yoxdu. DÇ-2018-də Rusiyanı Sergey Karasyov təmsil etmişdi.

Amma ən qanqaraldıcı məqam odu ki, siyahıda dünyaca ünlü türkiyəli hakim Cüneyt Çakırın adı yoxdu. Bu da o deməkdi ki, mundialda heç bir türkiyəli hakim yer almayacaq. 45 yaşlı ədalət təmsilçisi bununla da adını futbol tarixinə yazdırmaq fürsətini əldən verdi. Son 3 AÇ-nin və 2 DÇ-nin hamısının iştirakçısı olan Çakır futbol tarixində ardıcıl 6 nəhəng turnirə təyinat alan ilk ədalət təmsilçisi ola bilərdi! Amma karyerası ərzində ÇL-in finalı da daxil olmaqla bir çox önəmli qarşılaşmaya təyinat alan, ümumilikdə 619 oyun idarə edən və Türkiyə hakimliyinin bir nömrəli markası sayılan Çakır faktiki Türkiyə Futbol Federasiyasının güdazına getdi. Çünki Hakimlər Komitəsinin bir qədər kobud dildə desək, ağlı başında olmayan sabiq başqanı Fərhat Gündoğdu martın 8-də Çakır da daxil olmaqla 12 hakimi ömürlük futboldan kənarlaşdırarkən buna həm federasiyanın o dönəmdəki başqanı Nihat Özdəmir, həm də vitse-prezident (indiki müvəqqəti prezident) Sərvət Yardımcı göz yummuşdu. Gündoğdu kimlərinsə tapşırığını yerinə yetirdikdən sonra istefa verdi və onu əvəzləyən Səbri Çəlik “qara siyahı”dakı hakimləri geri qaytardı. Çakıra da təxminən ayyarımlıq fasilədən sonra oyun verildi. Amma nə faydası? Öz ölkəsinin güvənini qazana bilməyən bir hakimin FİFA-nın etimadını qazana bilməməsi təəccüblü olmadı. Halbuki Çakırın adı DÇ-2022-yə namizəd olan hakimlərin ilkin siyahısında var idi!

Onu da bildirək ki, mundialda oyun idarə edəcək hakimlərin siyahısına tarixdə ilk dəfə qadınlar da salınıb. Bu futbol bayramında xanımlardan fransalı Stefani Frappar, ruandalı Salima Mukansanqa, yaponiyalı Yoşimi Yamaşita əsas, braziliyalı Neuza Bak, meksikalı Karen Dias Medina və amerikalı Ketrin Nesbitt isə köməkçi hakim kimi oyunlara təyinat alacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-06-2022, 18:0

Çakıra Avropada 115 gündən sonra oyun verildi

Dünya futbolu

8-04-2022, 12:0

TFF Çakırı İsveçrəyə verdi!

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 10:52
    İspaniyada klubunu dəyişdi
  • Bu gün, 10:00
    Dortmunddan Komoya yollandı
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
Daha çox
Oxunub: 335
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə