"Real"ın hücumçusu Eden Azar klubdan ayrılmaq istəmir.
Football-plus.az xəbər verir ki, bunu futbolçunun özü açıqlayıb. O, Qətərdə keçiriləcək dünya çempionatı öncəsi mətbuat konfransında bunları deyib:
"Real"dan ayrılmaq istəmirəm. Bəlkə də dünya çempionatından sonra durum dəyişəcək. Oynamaq istəyirəm, amma seçimi baş məşqçi edir. Ona daha çox oynamağa layiq olduğumu göstərmək istəyirəm. Oynamayanda çətin olur".