Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

12.08.2022 09:30 4 683
DÇ 2026
Beynəlxalq Futbol Federasiyası (FİFA) rəsmi saytında Qətərdə keçiriləcək dünya çempionatının başlamasının təxirə salındığını açıqlayıb.

"Football-plus.az" qurumun saytına istinadən xəbər verir ki, mundialın açılışı noyabrın 21-dən 20-nə keçirilib. İlk oyunda dünya çempionatına ev sahibliyi edən Qətər Ekvadorla qarşılaşacaq.

2022-ci il dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.