Peter Şmeyhel “Real”ın Çempionlar Liqasının finalına çıxmasına maraqlı reaksiya verib.
"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin sabiq qapıçısı madridlilərin həlledici oyuna vəsiqə qazanmağa layiq olmadığını düşünür:
“Real”ın finalda oynamağa haqqı yoxdu. Bu komanda hər iki oyunda rəqibindən zəif idi. “Real” cavab görüşündə ilk real qol vəziyyətini 90-cı dəqiqədə yaratdı və qol vura bildi. İkinci qol epizodunda da bənzər hal baş verdi. “Mançester Siti” oyuna tam nəzarət edirdi. Amma tribuna sizin 12-ci oyunçunuz ola bilər. İkinci hissədə Vinisiusun epizodundan sonra tribunalar sanki ağlını itirdi. Bu, inanılmaz idi...”