Misli premyer-liqasında 2-ci dövrə bu həftə start götürəcək.
Football-plus.az “Qəbələ” turun ilk günündə meydana çıxacaq. “Qırmızı-qaralar” səfərdə “Şamaxı” ilə görüşəcək.
Oktyabrın 14-dəki matç Şamaxı şəhər stadionunda keçiriləcək. Bu matç komandalar arasında 62-ci qarşılaşma olacaq. İndiyədək rəqiblər ümumilikdə 61 dəfə üz-üzə gəlib. 21 dəfə qalib gələn “Qəbələ” 19 heç-heçə edib. Digər 21 qarşılaşmada şamaxılılar qalib gəlib. Rəqib qapısından 68 top keçirən futbolçularımız 80 qol buraxıblar. “Qəbələ”də Daniel Subotiç daha çox - 5 qol vurub.
“Qırmızı-qaralar” “Şamaxı” ilə premyer-liqada 57-ci dəfə görüşəcək. Çempionatda 18 qələbə və 19 heç-heçəsi olan komandamız eyni sayda məğlubiyyət alıb. Rəqib top fərqində də üstündür – 73-61.
“Qəbələ” 30-cu dəfə “Şamaxı” ilə rəqib meydanında görüşəcək. 10 səfər qələbəsi olan “qırmızı-qaralar” 6 heç-heçə edib və 13 dəfə uduzub. Rəqib meydanında 32 qol vuran futbolçularımız 48 top buraxıblar.
Xatırladaq ki, oktyabrın 14-də keçiriləcək “Şamaxı” - “Qəbələ” oyunu saat 15:00-da başlayacaq.