"Şamaxı" "Qəbələ" ilə heç-heçə etdi

14.10.2022 16:59 481
Premyer-liqa / Manşet
Bu gün Misli premyer-liqasında 2-ci dövrəyə start verilib. 10-cu turun ilk matçında “Şamaxı” “Qəbələ”ni qəbul edib.

“CBC Sport” oyunu canlı yayınlayıb.

Misli premyer-liqası

2-ci dövrə, 10-cu tur
14 oktyabr
Şamaxı - Qəbələ q:1
Kamran Quliyev, 75 - Adil Nağıyev, 60.

“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 27:+12=7-8, 42-28.
2006/07 - 2:0; 2007/08 - 4:0; 2008/09 - 1:1; 2009/10 - 3:2, 4:1; 2010/11 - 0:0; 2011/12 - 1:1, 2:1; 2012/13 - 2:1, 1:0; 2013/14 - 0:1, 0:0; 2014/15 - 4:0, 1:2; 2015/16 - 2:1, 0:1; 2016/17 - 1:1, 0:2; 2017/18 - 1:1, 1:1; 2018/19 - 1:2, 1:2; 2019/20 - 2:1; 2020/21 - 3:1, 3:1; 2021/22 - 2:3, 0:1.

Cəzalı: İlkin Qırtımov (Qəbələ).

“Futbol+”in proqnozu: 30-30-40.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı. Şəhər stadionu. Saat 15.00
Bölgə təmsilçilərinin dueli maraqla gözlənilir. İlk dövrəni qələbəsiz başa vuran “Şamaxı”, nəhayət, tilsimi qırmaq niyyətindədi. “Münəccimlər” əslində baxımlı oyun nümayiş etdirir. Lakin komanda hesabı qoruyub saxlamaqda çətinlik çəkir. İstənilən halda, Cavid Hüseynov - Vüqar Əsgərli tandemi dövrənin ilk oyununda qələbə qazanmağa çalışacaq. “Qəbələ”də isə vəziyyəti normal saymaq olar. “Qırmızı-qaralar” son 9 görüşün 5-də qələbə qazanıb, 4-də məğlub olub. Hədəf yenə avrokuboklara vəsiqə qazanmaqdı. Bu səbəbdən də qonaqlar Şamaxı səfərindən 3 xalla dönməyə, liderlər qrupundan uzaq düşməməyə çalışacaq.

Komandalar Azərbaycan çempionatlarında 56 dəfə üz-üzə gəlib. Bu görüşlərin 19-da “Şamaxı”, 18-də “Qəbələ” qələbə qazanıbsa, 19-da qalib müəyyənləşməyib. Topların nisbətində də “şirlər” öndədi - 73:61.

1. Qarabağ 8 8 0 0 25-6 24
2. Sabah 9 7 1 1 22-7 22
3. Neftçi 9 6 1 2 17-9 19
4. Zirə 9 5 1 3 13-16 16
5. Qəbələ 9 5 0 4 13-9 16
6. Turan Tovuz 8 3 2 3 6-8 11
7. Səbail 9 2 2 5 9-12 8
8. Kəpəz 9 1 1 7 6-23 4
9. Sumqayıt 9 0 4 5 1-11 4
10. Şamaxı 9 0 2 7 4-15 3

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul