• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Köhnə mahnıların yeni ifaçısı - KÖŞƏ

Yazarlar

30-09-2022, 14:0

İtaliya, İngiltərə, Almaniya kimi rəqiblərlə oyunlarda uduzanda adam özünə təsəlli verir.

Lap o məşhur “millimiz Portuqaliya ilə oyunda nə etməli idi, onları udmalıydı?” deyimindəki kimi. Başa düşürük ki, belə rəqiblərə qalib gəlmək bizim işimiz deyil. Realist davranırıq, ayağımızı yorğanımıza görə uzadırıq. Amma Lüksemburq, Qazaxıstan, Malta, Latviya kimi rəqiblərə bata bilməyəndə adam özünü alçalmış sayır. Fikirləşirsən ki, nə üçün bizim komandamız belə ölkələrin millisinə boyun əyməli, onlardan geri qalmalıyıq? Hələ mən əsas yığmanı bir kənara qoyuram. Onsuz da biz bu komandadan əlimizi üzmüşük. Təsadüfi qələbələrin yalançı parıltısı gözümüzü qamaşdırmasın. Əsas millinin heyətindəki 11 futbolçudan doqquzunu kənarda “tapan” AFFA gözümüzə kül üfürdüyünü düşünürsə, çox böyük səhvə yol verir. Biz futbolu onlardan çox-çox yaxşı bilirik, təhlil qabiliyyətimiz də yüksəkdi.

Buyurun, AFFA-nın rəsmi saytındakı xəbər başlıqlarına birlikdə nəzər salaq. “U-19 seçmə mərhələdə çıxışını başa vurub” yazırlar. Guya ki, utanıblar. İşin əsli odu ki, serbiyalı Miloş Velebitin rəhbərlik etdiyi U-19 Bolqarıstandan əli ətəyindən uzun qayıdıb. Keçirdiyi üç oyunun hamısında uduzan komanda cəmi bir dəfə rəqib qapısına yol tapıb ki, həmin görüşün də nəticəsi 1:5 olub. Qalan oyunlarda Bolqarıstanla Lüksemburqa 0:1 hesabıyla boyun əymişik. Bu nəticələr həm də o deməkdi ki, yaxın gələcəkdə Lüksemburqu üstələyə bilməyəcəyik. Hazırda U-19 komandalarının şərəfini qoruyan futbolçular böyüyəcəklər və yenə də onlara məğlub olacağıq, qrup sonunculuğu alın yazısı kimi bizi təqib edəcək. 19 yaşlı futbolçuları başına toplayıb, Bolqarıstana aparmağa, orda keçirdiyi hər üç görüşdə uduzub, qrup sonuncusu olmağa Azərbaycanda məşqçi tapılmır? Bunun üçün mütləq Serbiyadan mütəxəssis gətirib, yağ içində böyrək kimi bəsləməliyik?

Sentyabrın 27-də dərc olunan başqa xəbərin başlığı belədi: “U-16 türkiyəli yaşıdları ilə qarşılaşıb”. Yaxşı ediblər. Bəs bu görüş necə nəticələnib? Bəli, düz tapdız, yenə də uduzmuşuq. Ərzurum şəhərində təlim-məşq toplanışında olan millimiz Türkiyənin müvafiq yaş qrupu üzrə komandasıyla qarşılaşıb və görüş 1:3 hesablı məğlubiyyətimizlə yekunlaşıb. Daha bir xəbərin başlığına diqqət yetirək: “Millimiz heç-heçə edib”. Aha, deyəsən, ümidlənirik, gözlərimizə işıq gəlir. Xəbəri oxuyandan sonra məlim olur ki, bizimkilər Bakıda keçirilən, azərbaycanlı hakimlər briqadasının idarə etdiyi oyunda moldovalı həmyaşıdlarına bata bilməyib, meydandan qolsuz heç-heçə ilə ayrılıb. “Dalğa Arena”da baş tutan görüşü televiziyadan izlədim. Boş tribunaları Moldova millisinə dəstək verən xanım azarkeşlər bəzəyirdi. Sanki bu ölkədə “Dalğa Arena”dan başqa stadion yoxdu, bütün millilər Mərdəkana sürgün olunmalıdı. Olmaz ki, millilər azarkeşlərə yaxın yerlərdə oynasınlar, onların dəstəyini hiss etsinlər? Bu ölkənin yığmalarını azarkeşlərə sevdirmək nə üçün yadınıza düşmür, hörmətli AFFA rəhbərliyi?

Bəhs etdiyim bu üç xəbəri oxuyanda Azərbaycan futbolunun gələcəyinin necə olacağını təxmin edirsən. Sözsüz, bu möhtəşəm əsərin də memarı AFFA-dı. Milyonları foqtslara, prosineçkilərə, de byazilərə, obradoviçlərə, velebitlərə, lippertlərə yedizdirəndə, uşaq akademiyalarını, bölgələrdə futbolu məhv edəndə, millini şəxsi kommersiya obyekti kimi idarə edəndə olacağı da bu idi. Hələ utanmırlar, çıxıb bu xalqdan üzr istəmək əvəzinə motivasiyasız, azlıqda qalan Qazaxıstanı, Slovakiyanı, Belarusu məğlub etməyimizi əldə bayraq edib, sinələrini irəli verirlər. Hansı gününüzə öyünürsüz, cənablar? Əcnəbi məşqçilərə o qədər geniş meydan verib, özünüzü onların yanında gözükölgəli aparmısız ki, onlar da sizə meydan oxuyur, minnət qoyurlar. Canni de Byazinin “nə vaxt ardıcıl üç qələbə qazanmısız” sözləri AFFA-nın 30 illik bərbad fəaliyyətinin qiyməti, onların əməlinin “mükafatıdı”. Başlarını AFFA-nın kabinetlərinə elə salıblar, guya ətrafda başverənlərin onlara istisi-soyuğu yoxdu.

Elxan Məmmədov Fransaya mədəni mühacirətə gedib, çoxdan qulağımız dinc idi. AFFA-nın yeni baş katibi Sərxan Hacıyev hələlik çox danışmağa meyilli deyil, ehtiyatlı davranır. Amma Qazaxıstan üzərindəki qələbə onun da dilini açıb. Deyib ki, Canni de Byazi millimizdə qalmaq istəyirsə, onun potensialına inanır. Elə bil dünyanın bütün yığmaları, klubları italiyalıyla müqavilə bağlamaq üçün növbəyə dayanıb, adam özü bizdə işləmək istəyir. Kimə lazımdı De Byazi? Onu Azərbaycan millisinin potensialı yox, AFFA-nın bank hesabına köçürdüyü pullar maraqlandırır. Bu vaxta qədər Azərbaycandan gedən hansı məşqçi burdakından yaxşı iş tapıb? Yurçeviçi ara-sıra Xorvatiya telekanallarına dəvət etməsələr, varlığını heç kim xatırlamaz. Fotsu da elədi, Prosineçkisi də. Sərxan Hacıyev isə vaxtilə Elxan Məmmədovun oxuduğu nəğmələri təkrarlamasa, daha yaxşı olar.

AMAL

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Manşet

29-09-2022, 22:0

"Ayağımızı yorğanımıza görə uzadırıq" - Azər Həşimov

İdman

2-07-2022, 18:0

Millimiz Almaniyanı məğlub etdi

AÇ

28-09-2022, 10:0

AÇ-də səbətlərin tərkibi bilindi

Yazarlar

24-06-2022, 19:0

Obradoviçin qürrələnməyə əsası yoxdu – TƏHLİL

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Dünən, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • 30-07-2026, 23:0
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • 30-07-2026, 23:0
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə