• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çelsi”nin idman direktoru axtarışı davam edir

Dünya futbolu

14-10-2022, 17:0

Todd Bouli “Çelsi”də yenidənqurmanı davam etdirir.

Baş məşqçi dəyişikliyindən sonra növbəti hədəf yeni idman direktoru tapmaqdı. Çox fərqli adlar çəkilir, ancaq hələ ki bu yöndə nəticə yoxdu.

• Bouli lap əvvəldən gözünü Maykl Edvardsa dikmişdi – o, “Liverpul”da möhtəşəm işlər görüb. Amma bu ilin yayından işsizdi, necə deyərlər, azad agentdi. İnsayder Fabritsio Romanoya inansaq, Bouli bir neçə dəfə Edvardsla görüşüb, “Çelsi”yə keçmək üçün dilə tutmağa çalışıb. Maykl imtina edib, ən azı bir il futboldan kənarda qalmaq istəyir.

• Romano sentyabrda yazırdı ki, “Çelsi” “Zaltsburq”dan Kristof Froyndla anlaşmanın biraddımlığındadı. Bu adam vaxtilə Holann, Mane və Upamekanonu transferinə yardım edib, Bouli “Red Bull” modelinin fanatıdı. Bundan başqa, avstriyalının namizədliyini yeni baş məşqçi Qrehem Potter də dəstəkləyirdi. Ancaq tezliklə Froynd özü etiraf etdi ki, “Çelsi”yə “yox” cavabı verib: “Bəli, deyilənlər doğrudu, biz danışıq apardıq. Belə böyük klubun mən və “Zaltsburq”da gördüyüm işlər ilə maraqlanması xoşdu. Ancaq belə nəticəyə gəldim ki, “Zaltsburq”da etibarlı əllərdəyəm, klubu dəyişməkdən söhbət belə gedə bilməz”.

• Son günlərdə isə tez-tez “Bayer-04”ün idman direktoru Tiç Ştaydtenin namizədliyi haqda danışılır. O, yaya qədər Leverkuzen klubunda şef-skaut (2019-a qədər “Verder”də bu vəzifəni tutub) kimi çalışıb. Cəmi bir neçə ay əvvəl isə “Bayer”in idman direktoru təyin olunub.

“Sky Sports” xəbər verir ki, “Çelsi” artıq 43 yaşlı alman mütəxəssislə təmas qurub. Londonlular bu yay Hadson-Odoinin icarəsini razılaşdırarkən Ştaydtenin işi ilə bağlı müəyyən təsəvvürlərə yiyələnib. “Çelsi”ni qane edən əsas məqam budu ki, almaniyalı bütün göstəricilərin təhlilinə əsalanır, axı London klubuna da müasir düşüncəyə malik adam lazımdı.

• Amerikalı sahiblər idman direktoru vakansiyasını dünya çempionatının startına qədər doldurmaq istəyirdilər ki, yeni kadr turnirdə parlaya biləcək futbolçuları gözdən keçirsin. Ancaq Froyndun imtinasından sonra Boulu tələsməməyə və daha bir neçə mütəxəssislə danışıq aparmağa qərar verib. Onlar arasında “Lids”dən Viktor Orta, “Arsenal”dan personal seçimi bölməsinin rəhbəri Li Konherton (marta qədər “Lester”də eyni vəzifəni tutub), “Sevilya”dan Monçi, “Benfika”dan Ruy Pedro Braz da var. Bir müddət əvvəl isə PSJ-dən Luiş Kampuşun, “Atletiko”dan Andrea Bertenin və “Monako”dan Pol Mitçellin adı çəkilirdi.
Hələ ki Bouli özü idman direktorunun işini görür
“Çelsi” premyer-liqada idman direktoru olmayan nadir klublardan biridi. Maykl Emenalo 2017-ci ildə qovulandan sonra bu funksiyanı direktor Marina Qranovskaya, texniki məsləhətçi Petr Çex (2019-da kluba qoşulmuşdu) və baş məşqçidən ibarət transfer komitəsi yerinə yetirirdi. Sahiblər dəyişəndən sonra Qranovskaya, Çex və Roman Abramoviçin başqa adanları “Çelsi”ni tərk etdi, iyunun 22-də isə London klubu bu açıqlamanı yaydı: “Klub layiqli əvəzedici tapana qədər Bouli idman direktorunun səlahiyyətlərini yerinə yetirəcək”.

Yayda artıq sabiq baş məşqçi Tomas Tuxel hansısa futbolçuları məsləhər görür, onlarla danışıqları Bouli özü aparırdı. Ancaq bu tandemin işində dərhal problemlər üzə çıxdı:

• Bouli indiyə qədər heç vaxt hansısa idman layihəsində operativ idarəçiliyə belə sıx cəlb olunmayıb, onun futbolda danışıqlar aparmaq və qərar qəbuk etmək təcrübəsi yoxdu. Bu üzdən hətta ən adi vəziyyətlərdə də özünü qəribə aparırdı. Məsələn, Rafinyanın əvəzində “Lids”ə bir neçə futbolçu təklif etmişdi. Ümumiyyətlə, Şimali Amerika liqalarında olduğu kimi, əsasən futbolçu almağı yox, mübadilə etməyi planlaşdırırdı. Tezliklə bu ideyadan imtina etməli olsa da, fakt özü hər şeyi açıq-aydın göstərir.

• Tuxel qovulandan sonra “The Guardian” yazırdı ki, baş məşqçi Qranovskaya ilə Çex gedəndən bəri klub rəhbərliyindən təcrid olunub. Halbuki almaniyalı mütəxəssis “Çelsi”dəki işinin ilk ilində adı çəkilən şəxslərlə yaxşı anlaşırdı.
Tuxel yayda De Liqt, Rafinya, De Yonq və Kimpembeni istəsə də, bunlardan heç birini transfer etmək mümkün olmadı. Kriştiano Ronaldo ilə bağlı tarixçə də vəziyyətə təsir etdi. Baş məşqçinin böyük kommersiya potensialına malik portuqaliyalı ulduzun transferindən qəti şəkildə imtina etməsi Boulini məyus etdi. İşə yanaşma da mübahisə predmetinə çevrildi: Bouli Amerika futbolunda olduğu kimi məlumatların təhlili təcrübəsinə söykənirsə, Tuxel potensial yeni futbolçularla şəxsən danışmaq, onların xarakterini öyrənmək imkanını daha üstün tuturdu. İndi isə Bouli elə idman direktoru tapmaq istəyir ki, Qrehem Potterlə anlaşa bilsin. Rəhbərlik ümid edir ki, əməkdaşlıq sıx və uzunmüddətli olacaq.

Abramoviçin kadrlarının uzaqlaşdırılması davam edir
Yaxınlarda klubda 17 il çalışan əsas fizioterapevt Tyerri Loran qısa zum-zəng ilə işdən uzaqlaşdırıldı. Sentyabrda isə skaut xidmətinin rəhbəri Skott Maklahlan (klubda 11 il keçibi) və tibb direktoru Pablo Bioska (o da 10 ildən artıq çalışıb) vəzifəsini tərk etmişdi. Daha bir qovulma isə qalmaqalla müşayiət olunduğuna görə diqqəti çəkdi: “Çelsi” kommersiya direktoru Demien Uillobini yazışma zamanı başqalarını qısnama ittihamı ilə işdən azad etdi. Maraqlıdı ki, Uillobi bu vəzifəyə yalnız sentyabrın 1-də təyin olunmuşdu (London klubuna ikinci gəlişi idi, 2007-10 aralığında da “Çelsi”də çalışıb).

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-06-2022, 19:0

“Çelsi”də daha bir ayrılıq

Dünya futbolu

13-09-2022, 22:0

"Zalsburq"dan "Çelsi"yə

Dünya futbolu

15-08-2022, 21:0

"Çelsi"nin sahibi "İnter"in futbolçusunu istəyir

Dünya futbolu

4-08-2022, 20:0

Kukurelya “Çelsi”yə satılacaq?

Dünya futbolu

10-09-2022, 12:0

Potter “Çelsi” üçün idman direktoru tapmalıdı

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
  • Dünən, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Dünən, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Dünən, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Dünən, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Dünən, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Dünən, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Dünən, 10:00
    İtaliyada komandasını dəyişdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 115
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə