Mark Kukurelyanın yeni mövsümdə “Çelsi”də oynayacağı iddia edilir.
"Football-plus.az" xəbər verir ki, insayder Fabritsio Romano London klubunun ona görə “Brayton”a 52,5 milyon funt sterlinq təzminat ödəyəcəyini xəbər verib. Razılaşmaya görə, “Çelsi”nin 19 yaşlı müdafiəçisi Levi Koluill “Brayton”a qoşulacaq.
Lakin “Brayton” rəhbərliyi rəsmi bəyanat yayaraq Kukurelyanın satışı ilə bağlı heç bir klubla razılıq əldə edilmədiyini bildirib.