“Çelsi”nin sahibi dəyişəndən sonra klub rəhbərliyində yerdəyişmələr prosesi davam edir.
Komandanın keçmiş qapıçısı, hazırda isə klubun texniki direktoru və idman müşaviri olan Petr Çex də vəzifələrindən ayrılacaq. Klubun mətbuat xidmətinin məlumatında onun müddəti iyunun 30-da başa çatacaq müqaviləsini yeniləmədiyi bildirilib. Çex idman direktoru Marina Qranovskaya və direktorlar şurasının sədri Brüs Bakın klubdan getməsindən sonra getrmək qərarına gəlib. Qeyd edək ki, hər iki funksioner 2003-cü ildən “Çelsi”də idi. Xatırladaq ki, Qranovskayanın vəzifəsini müvəqqəti olaraq “Çelsi”nin yeni sahibi Todd Bouli icra edəcək. Yeni rəhbərlikdə Çexin yerini kimin tutacağı isə hələlik məlum deyil. Komandada 2004-15-ci illərdə çıxış edən çexiyalı sabiq futbolçu 2019-cu ilin iyununda texniki direktor vəzifəsinə təyin edilmişdi.