• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dərdi adından ağır - KÖŞƏ

Manşet / Yazarlar

3-09-2022, 14:0

“Kəpəz”lə bağlı hisslərim həmişə qarışıq olub. Bəlkə də təkrarçılıq edirəm, amma bir məqama toxunmasam, olmaz.

Tələbəlik illərim “Kəpəz”in əsl adına layiq oyun sərgilədiyi, nəticələr qazandığı illərə təsadüf edirdi. Gəncə təmsilçisi Azərbaycan çempionatında rəqib tanımırdı, Mehman Allahverdiyevim çalışdırdığı komanda doğma meydanda rəqibləri üçün məğlubedilməz idi. Heç səfər oyunları da çətin keçmirdi. Sovet dövrünün məşhur nəqliyyat vasitələrindən sayılan qırmızı “İkarus” Respublika stadionuna əsl kabus kimi gəlirdi. “Neftçi”ni Bakının mərkəzində məğlub edib, Gəncəyə əsl cəngavərlər kimi qayıdırdılar. Ağ-qara rənglərə könül verən azarkeşlər də həmin o qırmızı “İkrarus”un arxasınca məyus halda baxır, az qalırdılar “Kəpəz”i düz Gəncəyə kimi elə qovsunlar ki, “sarı-göylər” bir daha Tofiq Bəhramovun adını daşıyan arenaya qayıtmasınlar.

Bu xatirələrim həmişə mənimlədi. Ona görə də “Kəpəz”in adı gələndə həmişə çempionluğa iddialı, rəqiblərini amansızcasına məğlub edən, güclü azarkeş dəstəyi ilə öyünən komanda gözlərimin önünə gəlir. Bir anda xəyala dalıram və tez də o xəyalların ağuşundan ayılıb, real həyata dönürəm. Görürəm ki, acı reallıq tam fərqlidi. “Kəpəz” yenə də hamıdan aralanıb, özü də hamını “qabaqlayıb”. Amma bu dəfə zirvədə yox, turnir cədvəlinin zirzəmisində. Əzəmətli “Kəpəz” premyer-liqadakı 9 rəqibin hamısına aşağıdan yuxarı baxır. Özü də onun “zirzəmidəki” yeri heç də təsadüf deyil. Gəncəlilər bütün rəqiblərinə uduzub. “Zirə” ilə oyunda bir qədər inamlı görünüb, meydan sahiblərinə müqavimət göstərmələri, “Səbail”lə qarşılaşmada hesabı açan tərəf olmaları, “Neftçi”yə iki qol vurmağı bacarmaları, “Qarabağ”a minimal hesabla məğlub olmaları ümumi mənzərini dəyişmir. Futboldan az-çox baş çıxaran hər kəs yaxşı başa düşür ki, “Kəpəz” hazırda premyer-liqanın ən zəif komandasıdı.

Gəncəli fanatlara böyük hörmətim var. Onların futbolu, ən əsası “Kəpəz”i ürəkdən sevmələrinə zərrə qədər də şübhəm yoxdu. Amma şəxsi qənaətimdi ki, fanatlar Yaşar Vahabzadəyə münasibətdə bir qədər ədalətsiz davrandılar. Əzəmətini itirən komandanın belə acınacaqlı vəziyyətə düşməsinin tək günahkarı heç də Yaşar Vahabzadə deyil. Bəli, baş məşqçi kimi məsuliyyət payı vardı, onu heç kim dana bilməz. Amma ən böyük günah sahibləri “Kəpəz”i ad, iştirakçıların sayını artırmaq xatirinə elitaya gətirənlərdi. Bunu necə inkar etmək olar? Stadionu qəzalı vəziyyətdə olan, oyunlara getməyə avtobus tapmayan, elitanın səviyyəsinə uyğun gəlməyən yerli və əcnəbi futbolçulardan qurulan komanda premyer-liqada oynamağa hazır deyildi. Bu boyda həqiqəti deməmək, yazmamaq, qəbul etməmək ədalətsizlik, insafsızlıqdı.

Vahabzadə təzyiqlərə dözmədi və getdi. Boşalan posta yiyələnmək üçün mübarizə başlayıb. Daha fikirləşmirlər ki, həmin posta əyləşən adamı nələr gözləyir. Şəxsən mən Şahin Diniyevin “Kəpəz” rəhbərliyi ilə danışıqlar aparmasına, orda çalışmağa hazır olmasına təəccübləndim. Çünki Şahin bəy bizdən də yaxşı başa düşür ki, “Kəpəz”in problemləri xeyli ciddidi. Baş məşqçi məsələsi ən sonda həll edilməsi tələb olunan problemlərdəndi. Buna qədər Gəncə şəhər stadionu normal vəziyyətə gətirilməli, “Kəpəz” ən güclü silahı sayılan azarkeşlərinə qovuşmalı, rəqiblərini doğma meydanda qəbul etməlidi. Gəncə boyda, özü də futbol ənənələri ilə öyünən bir şəhərin komandası didərgin həyatı yaşamamlı, rəqiblərini gah Bakıda, gah da Qəbələdə qəbul etməməlidi. Gəncə şəhər İcra Hakimiyyəti, şəhərin Gənclər və İdman Baş İdarəsi bu biabırçılığın aradan qaldırılması üçün fəaliyyətə keçməli, qısa müddətdə problem həll edilməlidi. Elxan Məmmədova Gəncədə “qızıl açar” verənlər səslərini çıxarmalı, fədakarlıq etməlidi. Həqiqət uğrunda, Gəncə futbolunu, “Kəpəz”i bu rüsvayçılıqdan qurtarmaq üçün bunu etmək lazımdı.

“Qarabağ”la oyunda hesabın minimal olmasına, “köhlən atlar”ın cəmi bir dəfə fərqlənməsinə çox da bənd olub, özümüzü aldatmayaq. “Kəpəz”in əziyyətini heçə saymaq istəmirəm. Bəli, futbolçular çalışdı, mübarizə apardı. Amma “Qarabağ” sanki zəif rəqibinə acıdı, 90 dəqiqəni meydanda məşq etməklə başa vurdu. Qırmızı vərəqə epizodunda Qurban Qurbanovun baş hakim Əliyar Ağayevi fikrindən daşındırmağa çalışması buna əyani sübutdu. Üstəlik rəqib 10 nəfərlə qalandan sonra “Qarabağ” daha rahat və laqeyd oynamağa başladı. “Kəpəz”in dərdi ağırdı, çox ağır. Hətta adının əzəmətindən də...

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

31-05-2022, 13:0

Yaşar Vahabzadə onu “Kəpəz”ə gətirməkdə tərəddüd edir

Premyer-liqa / Günün xəbəri

4-08-2022, 16:0

“Kəpəz” rəhbərliyi xahiş etdi, “Turan Tovuz” “mümkün deyil” dedi - AÇIQLAMA

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Dünən, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • 30-07-2026, 23:0
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • 30-07-2026, 23:0
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • 30-07-2026, 22:0
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə