• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Klublar Komitəsinə yeni nəfəs verilməsi - KÖŞƏ

Manşet / Yazarlar

2-09-2022, 12:0

Əlimiz bu dəfə də yüngül oldu.

Ötən həftə qələmə aldığım yazıda Klublar Komitəsinin fəaliyyətsizliyinə toxunmuşdum. Qeyd etmişdim ki, AFFA-nın yaratdığı başqa qurumlar və ortaya atdığı ideyalar kimi, Klublar Komitəsi ideyası da iflasa uğrayıb. Faktiki bu qurumun toplantıları uzun müddət keçirilmir, keçiriləndə də klubların neçənci dərəcəlisə əməkdaşları stul qoyub oturur, sonra da dağlışırlar. İş o yerə çatmışdı ki, heç kimi komitəyə sədr olmaq istəmirdi və “Sumqayıt”ın prezidenti Riad Rəfiyev 2019-cu ildən bəri sədr kürsüsünü özündə saxlayırdı. Sanki AFFA və klublar özləri də bu komitəni unutmuşdular. Mənim yazımdan sonra belə bir komitənin varlığını xatırlayıb, iş görmək lazım olduğuna qərar verdilər.

Zarafatı bir kənara qoyuram. Lap elə olsun ki, mənim yazımın bu prosesə heç bir təsiri olmayıb, dəyərli insanlar öz təşəbbüsləri ilə bir araya gəliblər. Bizim işimiz onsuz da gördüklərimizi yazmaq, nöqsanları qabartmaqdı. Səlahiyyət sahibləri də həmin nöqsanlara diqqət ayırmalı, onların aradan qaldırılmasına çalışmalıdı. İndiki halda mən də öz vəzifəmi yerinə yetirmişəm, onlar da. Kaş elə həmişə belə olsun, hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirsin. Yalnız onda cəmiyyətdəki, o cümlədən də futboldakı problemləri həll edib, daha yaxşı günlər görəcəyimizə ümid edə bilərik. İstənilən halda, Klublar Komitəsinin toplantı keçirməsi və orda quruma yeni sədrin seçilməsi yaxşı haldı. Tilsim sınıb, buzlar əriyib. Adı qulaqlarda cingiltili səslənən Klublar Komitəsi fəaliyyət göstərməyə, öz rolunu anlayıb, bunu həyata keçirməyə başlayıb. Bu münasibətlə hər birimizə təbrik düşür.

Məni sevindirən əsas məqamlardan biri də odu ki, klublar budəfəki toplantıya ciddi yanaşıblar. Ordakı təmsilçilər aşağı ranqlı olmayıb, bilavasitə yüksək səlahiyyət sahibləri tədbirə qatılıb. AFFA-nın baş katibi Sərxan Hacıyevin, PFL prezidenti Elxan Səmədovun və vitse-prezident Aslan Şahgəldiyevin iştirakçılar arasında olması onu deməyə əsas verir ki, budəfəki toplantı daha yaxşı təşkil olunub, iştirakçılar da ona ciddi yanaşıblar. Yığıncağın işgüzar masa ətrafında keçirilməsi də diqqəti cəlb edir. Təxmin etmək çətin deyil ki, o masanın ətrafında əyləşən cənablar müzakirələrə həvəslə qatılıb, təkliflərini səsləndirib, ortaya mövqe qoymağı bacarıblar. Könül istərdi ki, Klublar Komitəsinin hər iclasına yanaşma belə olsun. O halda komitənin ictimaiyyət arasındakı nüfuzu və çəkisi də artacaq, azarkeşlər və rəsmilər biləcəklər ki, Klublar Komitəsi toplanırsa, orda hansısa ciddi təkliflərin səslənəcəyinə, faydalı müzakirələrin aparılacağına ümid bəsləməyə dəyər.

Özlüyündə Klublar Komitəsi ideyası heç də pis deyil. Bunu qardaş Türkiyənin nümunəsində görürük. Orda klublar öz aralarında müzakirələr aparıb, federasiyanın qarşısına ciddi təkliflərlə çıxa, TFF-ni özləri ilə hesablaşdıra bilirlər. Bizdə isə belə bir mühitin yaranması AFFA-ya sərf etmirdi. Ona görə də AFFA, konkret qurumun o vaxtkı baş katibi Elxan Məmmədov ilk gündən Klublar Komitəsini öz nəzarətinə aldı, oranı inhisarında saxlamağa çalışdı. Elə bu səbəbdən də komitəyə sədrlər daim AFFA-nın nəzarətindəki klublardan seçildi. Konkret Elxan Məmmədov bu komitəyə öz adamlarını rəhbər təyin etdirməyi bacardı. Bu səbəbdən də komitə həm nüfuzdan düşdü, həm də əməli şəkildə ortaya fəaliyyət qoymağı bacarmadı. İndi Elxan Məmmədov uzaqlardadı. Proses onu göstərir ki, onun əli-ayağı Azərbaycan futbolunun üzərindən yavaş-yavaş çəkilir. Artıq komitənin yeni sədri də var. “Qəbələ”nin prezidenti Fariz Nəcəfov Klublar Komitəsinə yaxın bir il ərzində sədrlik edəcək.

Fariz bəy “Qəbələ”dəki işiylə özünü sevdirməyi bacarıb. Onun necə uğurlu və cəsarətli futbol adamı olduğunu görmüşük. 44 günlük Vətən Müharibəsi başlayanda könüllü orduya yollandı, torpaqlarımızın işğaldan azad olunmasında iştirak etdi. Fariz bəyin bu cəsurluğu, vətənpərvərliyi onu bizə daha da sevdirdi. İndi “Qəbələ”nin prezidenti üçün yeni mərhələ başlayır. İnanıram ki, bu dəfə də işinin öhdəsindən layiqincə gələcək, Klublar Komitəsinə yeni nəfəs verməyi bacaracaq.

AMAL

Paylaş:
Digər xəbərlər
Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Bu gün, 22:03
    "Zirə" dayandı, "Neftçi" hesabı açdı, "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR
  • Bu gün, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Bu gün, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Bu gün, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Bu gün, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Bu gün, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Bu gün, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Bu gün, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Bu gün, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Bu gün, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Bu gün, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Bu gün, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Bu gün, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə