Polşa kubokunda 1/32 final mərhələsinə start verilib.
Millimizin üzvü Anton Krivotsyukun komandası Plotsk “Visla”sı da oyununu keçirib. Klub bu səfərdə “Skra”ya 3:1 hesabı ilə qalib gəlib. Bununla da, komanda 1/16 finala yüksəlib.
Krivotsyuk görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Həmyerlimiz sarı vərəqə ilə cəzalanıb.