Krivotsyukun komandası aşağı liqa təmsilçisi ilə bacarmadı

23.06.2022 10:00 433
Dünya futbolu
“Visla” (Plotsk) Qnevinodakı təlim-məşq toplanışında ilk yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Anton Krivotsyukun formasını geyindiyi Plotsk təmsilçisi Polşanın aşağı liqa komandası “Xoyniçanka” ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. O, ikinci hissədə meydanda olub.