Krivotsyukun komandasından növbəti qələbə

9.08.2022 09:15 406
Dünya futbolu
Polşa çempionatında 4-cü turun oyunları keçirilib.

Football-plus.az
xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) bu turda doğma meydanda “Legniça” ilə qarşılaşıb.

Millimizin üzvünün komandası 4:1 hesabı ilə qalib gəlib. Krivotsyuk bu görüşü ehtiyat oyunçular skmayasından izləyib.

“Visla” 4 turdan sonra maksimum - 12 xalla 18 komanda arasında 1-ci pillədə qərarlaşıb.