Komandası Antonsuz qələbə qazandı

9.04.2022 13:04 471
Dünya futbolu
Polşa çempionatında 28-ci turun oyunları keçirilib.

Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) səfərdə “Poqon”la qarşılaşıb. Millimizin üzvünün komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1. Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, “Visla” 28 turdan sonra 42 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.