Anton oynamadı, komandası isə...

5.04.2022 10:40 616
Dünya futbolu
Polşa çempionatında 27-ci turun oyunları keçirilib.

Bu barədə yerli mətbuat xəbər yayıb. Azərbaycan millisinin üzvü Anton Krivotsyukun çıxış etdiyi "Visla" doğma meydanda "Qurnik"lə qarşılaşıb. Görüş ev sahiblərinin qələbəsi ilə başa çatıb - 3:2.

Qeyd edək ki, Antonun adı bu matçın iştirak ərizəsinə salınmayıb.