"Neftçi" "Roma"ya məğlub oldu

31.08.2022 19:50 371
Ölkə futbolu
“Neftçi”-nin U-17 komandası İtaliyanın paytaxtı Romada təşkil olunan Skopinyo kubokunda ilk oyununu keçirib.

Baş məşqçi Rəşad Hüseynovun yetirmələri “Roma” ilə qarşılaşıb və minimal hesabla uduzub.

Qeyd edək ki, “Neftçi” C qrupundakı sonuncu matçında sabah “Lodiciani” ilə üz-üzə gələcək. İtaliyanın “İnter”, “Latsio”, “Napoli”, “Salernitana”, “Ternana”, “Pol Kantalis”, “Napoli Yunayted”, Türkiyənin “Fənərbaxça”, Braziliyanın “Fluminense” klublarının da iştirak etdiyi turnirə sentyabrın 2-də yekun vurulacaq.