Avrokuboklarda 3-cü təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, Konfrans Liqasında “Rapid”ə 0:2 hesabı ilə uduzan “Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilməyib.
Bununla da mövsümdəki qazancımız dəyişməz qalıb – 1,875. Bunun 1,000-ı “Qarabağ”ın hesabındadı “Neftçi” 0,500, “Qəbələ” 0,250, “Zirə” 0,125 xalla kifayətlənib.
Ölkəmizin son 5 mövsümün nəticələrinə görə əmsalı isə 14,500-dü. Azərbaycan Avropada 29-cu pillədə qalıb. 28-ci olan Polşa ölkəmizlə fərqi 1,375-ə qədər artırıb. 30-cu yerə yüksələn Qazaxıstan Azərbaycandan 1,875 xal geridədi.