Məlum olduğu kimi Zabje ''Qurnik''i maneəsini geridə qoyan ''Fənərbaxça'' Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ''Şturm'' ilə qarşılaşacaq.
İlk oyun avqustun 5-də İstanbulda, cavab oyunu avqustun 11-də Avstriyada keçiriləcək. ''Fənər''in Avstriya təmsilçilərinə qarşı statistikası fanatları sevindirməyə və ümidləndirməyə bilməz. Belə ki İstanbul nəhəngi indiyə qədər bu ölkənin təmsilçilərinə qarşı keçirdiyi 8 oyunun heç birində uduzmayıb (5 qələbə, 3 heç-heçə)!
Bu arada həm ilk, həm də cavab matçının hakimi bəllidi. ''Çobani'' stadionunda baş tutacaq ilk oyunu Kris Kavana idarə idarə edəcək. Təcrübəli ingiltərəli ədalət təmsilçisi indiyə qədər ''sarı-lacivərdlilər''in 3 oyununu idarə edib. Komanda bu oyunlardan 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə ayrılıb. Qələbə 2022-də Avropa Liqasının qrup mərhələsində Larnaka AEK-i üzərində qazanılıbsa (2:0), məğlubiyyət 2022-nin fevralında Konfrans Liqasının pley-offunda evdə ''Slaviya'' ilə oyunda qeydə alınıb (2:3).
Cavab matçını isə ispaniyalı Alexandro Ernandes idarə edəcək.