"Qarabağ"ın qələbəsi Azərbaycanın xalını artırdı

10.08.2022 09:28 582
Çempionlar Liqası
Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.

"Football-plus.az" xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasın III təsnifat mərhələsinin cavab oyununda Macarıstan “Ferentsvaroş”unu məğlub etməsi (3:1) Azərbaycanın aktivinə növbəti 0,250 xalı yazdırıb. Son 5 mövsümdəki çıxışa əsasən Azərbaycan 14500 xalla mövqeyini dəyişməyib və 29-cu sırada yer alır.

Sabah Azərbaycanın avrokuboklardakı daha bir təmsilçisi növbəti oyununa çıxacaq. “Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Rapid”i qəbul edəcək. Matç saat 22.30-da başlayacaq.