"Sabah"ın iyulun əvvəlində Gürcüstan "İberiya"sına icarəyə verdiyi Andrey Santos yenidən klubunu dəyişib.
"Football-plus.az" xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Ukraynada davam etdirəcək.
Santos "Veres"ə icarəyə verilib. 21 yaşlı futbolçu 2026/27 mövsümündə Premyer Liqa təmsilçisinin formasını geyinəcək. Klublar arasındakı anlaşmada satınalma bəndi yer alıb.
"Sabah" Santosu 2025-ci ilin yayında ölkəsinin "Kanaa"dan transfer edib. "Sambaçı" Masazır təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.