Superkubok matçının ən yaxşısı açıqlandı

11.08.2022 13:41 470
Avrokuboklar
UEFA Super Kubokunda keçirilən "Real" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya) matçının ən yaxşı futbolçusu məlum olub.

"Football-plus.az" xəbər verir ki, bu, Madrid təmsilçisinin yarımmüdafiəçisi Kazemirodu. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu komandasının 2:0 hesabıyla qələbə qazandığı görüşdə ilk qolun ötürməsini edib.

"Real" tarixində 5-ci dəfə Super Kuboku qazanıb.