Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.
"Football-plus.az" xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasın 2-ci təsnifat mərhələsinin cavab oyununda İsveçrə “Sürix”i ilə heç-heçə etməsi (2:2) Azərbaycanın aktivinə növbəti 0,125 xalı yazdırıb. Son 5 mövsümdəki çıxışa əsasən Azərbaycan 13,250 xalla mövqeyini dəyişməyib və 29-cu sırada yer alır.
"Qarabağ" Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlib. "Atlılar" burada Macarıstan "Ferentsvaroş"u ilə qarşılaşacaq.
Azərbaycanın digər təmsilçiləri "Neftçi", "Zirə" və "Qəbələ" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki cavab görüşlərini bu gün keçirəcəklər.
Siyahıya 88,855 xalla İngiltərə başçılıq edir.