ABŞ çempionatında – MLS liqasında mübarizə davam edir.
Bu gecə, Bakı vaxtı ilə 3.30-da Şərq konfransının 18-ci turu çərçivəsində “İnter Mayami” “Kolambus Kryu”nu qəbul edəcək.
“Football-plus.az” xəbər verir ki, Lionel Messi ilə həmvətənimiz Nəriman Axundzadənin dueli baş tutmayacaq. İş ondadı ki, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “İnter Mayami”nin əsas ulduzu, argentinalı əfsanə hələ də dincəlir, dünya çempionatının yorğunluğunu atır.
Bu başqa məsələ ki, Nərimanın da start heyətində yer alması sual altındadı. “Kolambus Kryu”nun 17 turdan sonra 19 xalla 11-ci pillədə qərarlaşdığını da xatırladaq.
ORXAN