''Real''ın ''Bavariya''nın ulduzu Maykl Oliseyə marağı davam edir.
Bir ara mətbuatda Madrid nəhənginin 200 milyon avrodan çox ödəməyə hazır olduğu bildirilirdi. Münhen nəhəngi isə təbii olaraq əsas futbolçularından biri ilə vidalaşmaq istəmir.
Bu arada ''Bavariya''nın fəxri prezidenti Uli Höness Olise məsələsində ''Real''ı sancmağa çalışaraq bunları deyib:
''Açığı, burda qorxulası heç nə yoxdu. Əksinə Olisenin bizimlə müqaviləsinin müddətinə baxdım və doyunca güldüm. Onun bizimlə hələ üçillik müqaviləsi var. Ona görə də heç bir problem yoxdu. Bu vəziyyətdə hətta Çin imperatoru gəlsə də, danışıqlara başlamarıq. Eyni sözlər Luis Diasa da aiddi''. Qeyd edək ki, ''Real'' artıq ''Leyptsiq''dən Yan Diomandeni transfer edərək ona görə 100 milyon avrodan çox pul ödəməyə razı olub. Diomandenin Olise ilə eyni mövqedə oynadığını nəzərə alsaq, böyük ehtimalla bu yay ''Real'' artıq Olisenin transferinə cəhd göstərməyəcək.