Xatırlayırsızsa, futbolçu "qartallar"dan ayrılandan sonra saytımıza verdiyi müsahibədə legioner həyatı yaşamaq niyyətində olduğunu demişdi. Maraqlıdı, o, bu arzusuna niyə çatmadı? Karyerasını "qırmızı-ağlar"da davam etdirmək qərarına gəlməsinin səbəbi nədi?
Bu suallarla Nuriyevə müraciət etdik. Oyunçunun "Football-plus.az"a cavabı:
"Legioner həyatı barədə heçnə deməyəcəm. İnşallah, gələn mövsümlərdə olacaq. Bura gəlməkdə əsas amil məşqçi heyətinin mənə inamı və etimadı oldu. Bu kollektivlə işləmək istəyirdim. Düzdü, avrokuboklar barədə nəsə demək üçün çox tezdi. Ancaq hər oyuna qələbə üçün çıxacağıq. İrəliləyən turlarda hədəfi müəyyənləşdirəcəyik".
KƏNAN BAHADIR





