"Neftçi"nin qələbəsi Azərbaycanın UEFA reytinqində əmsalını artırdı

5.08.2022 10:00 454
Avrokuboklar
Konfrans Liqasının oyunlarından sonra UEFA reytinqində bir sıra dəyişiklər olub.

Football-plus.az
xəbər verir ki, adı çəkilən turnirdə “Rapid”ə 2:1 hesabı ilə qalib gələn “Neftçi” Azərbaycanın hesabına daha 0,250 əmsal gətirib.

Bununla da cari mövsümün qazancı 1,625-ə yüksəlib. Bunun 0,750-si “Qarabağ”ın hesabınadı. “Neftçi” 0,500, “Qəbələ” 0,250, “Zirə” 0,125 əmsalla kifayətlənib.

Son beş mövsümün nəticələrinə görə hesablanan əmsalımız 14,250-yə çatıb. Azərbaycan Avropada 29-cu pillədə qalıb.

Qeyd edək ki, siyahıya 88,855 əmsalla İngiltərə başçılıq edir.