• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ

Avrokuboklar / Reportaj

Bu gün, 11:00

Avropa Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
ÇSKA (Sofiya, Bolqarıstan) - Qarabağ (Ağdam) 0:0, p. -

21. Fyodor Lapuxov
17. Angelo Martino
(11. Məhəmməd Brahimi, 99)
32. Fakundo Rodriges
14. Teodor İvanov
2. Pastor
5. Jan-Filipp Qbamin
28. Yannis Pittas
8. Stefano Sensi
6. Bruno Jordao (k)
(99. Ceyms Eto’o, 71)
7. Maks Ebonq
9. Leandro Qodoy
(10. Joel Zvarts, 89)
Ehtiyat oyunçular
25. Dimitar Yevtimov
19. Andrey Yordanov
91. Aleks Tunçev
30. Petko Panayotov
80. Georgi Çorbajiyski
94. İsaak Solet
34. Vasil Kaymakanov
38. Leo Pereyra
77. Alexandro Pyedrahita
Baş məşqçi: Xristo Yanev

99. Mateuş Koxalski
44. Elvin Cəfərquliyev
(5. Bruno Lanqa, 82)
4. Bense Varkonyi
55. Bədavi  Hüseynov (k)
(25. Cebrail Makreskis, 82)
2. Mateus Silva
8. Marko Yankoviç
35. Pedro Bikalyo
20. Kadi Borges
(29. Renaldo Sefas, 70)
10. Abdulla Zubir
(9. Xoni Montiel, 90+2)
21. Aleksey Kaşuk
(7. Jali Muaddib, 82)
11. Zakariya Savo
(22. Musa Qurbanlı, 100)
Ehtiyat oyunçular
1. Şahruddin Məhəmmədəliyev
23. Martin Zlomisliç
13. Bəhlul Mustafazadə
32. Hikmət Cəbrayılzadə
49. Əli Bəşirov
Baş məşqçi: Qurban Qurbanov

Penalti seriyası: M.Yankoviç – 0:1. Y.Pittas – 1:1. M.Silva – 1:1 (tir). T.İvanov – 2:1. J.Muaddib – 2:2. J.-F.Qbamin – 3:2. R.Sefas – 3:3. S.Sensi – 4:3. X.Montiel – 4:4. C.Eto’o – 5:4.
Vərəqələr: B.Jordao, 39. L.Qodoy, 48. M.Yankoviç, 50. B.Varkonyi, 55. C.Eto’o, 74. A.Martino, 95. T.İvanov, 105+3. X.Montiel, 107. J.Zvarts, 112 – sari.
Hakimlər: BRAM VAN DRİSŞ, Mişel Sildrayers, İves De Neve, Kevin Van Damm (hamısı Belçika).
VAR hakimi: Bert Put (Belçika).
VAR hakiminin köməkçisi: Uesli De Kremer (Belçika).
Hakim-inspektor: Libor Kovarjik (Çexiya).
UEFA nümayəndəsi: Nikolos Jqarkava (Gürcüstan).
30 iyul. Sofiya. Vasil Levski adına Milli stadion.
Hər hissəyə 2, əlavə vaxtın birinci hissəsinə 2, ikinci hissəsinə 1 dəqiqə əlavə olunub.
İlk oyun – 0:0.

oyunun statistikası
11 (7) qapıya (“çərçivə”yə) zərbə 7 (5)
5 künc zərbəsi 2
1 ofsayd 3
11 qayda pozuntusu 13
56 topa sahibolma (faizlə) 44

İlk dəqiqələrdən təşəbbüsü ələ almağa çalışan meydan sahibləri sərtliklə kobudluğun sərhəddini müəyyənləşdirə bilmir, tez-tez futbolçularımıza qarşı kobud oynayırdılar. ÇSKA “Qarabağ”ın qapısına ilk dəfə 7-ci dəqiqədə yaxınlaşdı. Sensinin ötürməsindən sonra zərbə mövqeyinə çıxan Pittasın qarşısı alındı. Künc zərbəsindən sonra isə Qodoy dəqiq zərbə vura bilmədi. 10-cu dəqiqədə Koxalski Pittasın təhlükəli zərbəsinin qarşısını aldı. “Qarabağ” isə ilk künc zərbəsini 13-cü dəqiqədə qazandı. Amma bunu təhlükəli vəziyyətə çevirmək mümkün olmadı.

Start həyəcanını arxada qoyan ağdamlılar 15-ci dəqiqədən etibarən daha inamlı oynamağa, meydanın rəqibə aid hissəsində görünməyə başladı. Amma yenə də təhlükəli vəziyyətləri məntiqi sonluğa çatdırmaq mümkün olmurdu. 32-ci dəqiqədə Savo daha cəld tərpənsəydi, “Qarabağ” hesabı açacaqdı. Rəqibin erkən qol vurmaq planını pozan qonaqlardan indi daha cəsarətli oynamaq tələb olunurdu. 39-cu dəqiqədə Kadinin qarşısını kobudluqla alan Jordao qırmızı vərəqə ilə cəzalandı. Elə həmin Kadinin 43-cü dəqiqədəki zərbəsinin qarşısını qapıçı Lapuxov çətinliklə aldı. Uzatma dəqiqələrində “Qarabağ” daha bir təhlükəli hücum qurdu. Topu meydanın rəqibə aid hissəsində ələ keçirən Savo xeyli irəlilədi və xəsislik edib, özü qol vurmaq istədi. Halbuki Zubir daha əlverişli mövqeyə “açılmışdı”, topu, sadəcə, ona ötürmək lazım idi. Beləliklə, komandalar fasiləyə qolsuz bərabərliklə yollandı.

ÇSKA 2-ci hissəyə də fəal və aqressiv başladı. Görünür, “Qarabağ”ın ilk yarının sonlarında təşəbbüsü ələ keçirməsi rəqibi həyəcanlandırmışdı. Get-gedə bolqarların hücumları daha intensiv xarakter alırdı. Maraqlıdı ki, ilk bir saatda baş məşqçilərdən heç biri dəyişikliyə əl atmadı.
Qəribədi ki, “Qarabağ” yenə də ilk 15 dəqiqədən sonra fəallaşdı. 61-ci dəqiqədə Cəfərquliyev sol cinahdan cərimə meydançasına daxil olsa da, onun ötürməsini tamamlayan tapılmadı. 70-ci dəqiqədə “Qarabağ” növbəti künc zərbəsini qazandı və elə bu məqamda Qurban Qurbanov ilk dəyişikliyi etdi: Kadini Sefasla əvəzlədi. 72-ci dəqiqədə Savo ilə Zubirin qurduğu hücumun sonunda Kaşuk düzgün qərar vermədi. Oyun sona yaxınlaşdıqca hər iki komandanın bir qədər ehtiyatlı davrandığı hiss olunurdu. Axı kim qol vursaydı, rəqibin onun əvəzini çıxmaqda çətinlik çəkəcəkdi. Koxalski 80-ci dəqiqədə vaxtında irəli çıxıb, qola imkan vermədi.

Qurbanov 82-ci dəqiqədə meydana daha üç yeni oyunçu buraxdı. Bundan az sonra Zubir hesabı aça bilərdi. Təəssüf ki, topu qapının üstündən vurdu.
Əlavə vaxtın ilk yarısı da qarşılıqlı hücumlarla müşayiət olundu. İkinci yarı başlayan kimi Lanqa yersiz hərəkətlə cərimə zərbəsinə səbəbkar olsa da, bolqarlar bundan yararlana bilmədi. 118-ci dəqiqədə cərimə meydançasına daxil olan Sefas hesabı açmağa borclu idi, amma topu qapının üstündən vurdu.

Bakıda olduğu kimi, Sofiyada da qapılara qol vurulmadı, belədə qalibi penalti seriyasında müəyyənləşdirməkdən başqa yol qalmadı. “Zirə” ilə “Neftçi” mübarizəni dayandırmışdı deyə, “Qarabağ”ın mümkün uğursuzluğu günün acı sonluğu olardı. Təəssüf ki, ağdamlılar da penalti seriyasında uduzdu və mübarizəni Konfrans Liqasında davam etdirəcək.

ORXAN

Paylaş:
Digər xəbərlər

Avrokuboklar

30-07-2026, 21:0

ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ

Avrokuboklar

23-07-2026, 19:0

"Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ

Avrokuboklar

9-07-2026, 18:0

"Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ

Avrokuboklar

21-07-2026, 11:0

"Qarabağ"ın iştirak ərizəsi açıqlandı

Ölkə futbolu

27-06-2026, 18:0

"Qarabağ"ın heyəti açıqlandı - Elvin start heyətində yoxdu!

Avrokuboklar / Avropa Liqası

16-07-2026, 23:0

"Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ

Aktual
“Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
Son xəbərlər
  • Bu gün, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Bu gün, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Bu gün, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Bu gün, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Bu gün, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Bu gün, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Bu gün, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 155
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 148
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 129
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə