Yığmamız Portuqaliya ilə qarşılaşacaq

1.08.2026 12:28 8
İdman
18 yaşadək qızlardan ibarət basketbol millimiz bu gün Rumıniyanın Tulça şəhərində keçirilən FIBA U-18 Qadınlararası Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız Portuqaliya seçməsi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.

Millimiz turnirdə keçirdiyi ilk oyunda ev sahibi Rumıniyaya 55:81 hesabı ilə məğlub olub.