• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Flaqmana yaraşan qələbə və dəstək! - YAZI

Manşet / Yazarlar

6-08-2022, 19:0

Futbol dünyanın ən maraqlı və qəliz idman növüdü.

Burda güclü-zəif anlayışı olsa da, mahiyyət etibarı ilə o qədər də əhəmiyyət daşımır. Bəzən 90, bəzən isə 120 dəqiqə daha istəkli olan, qələbəyə inanan komanda sonda qalib gəlir. Bəzi məqamlarda isə öz tarixi irsinə hörmətlə yanaşmaq kollektivi bir addım önə çəkir.

“Neftçi” - “Rapid” görüşündən öncə avstriyalıların rahat qələbə qazanacağını düşünənlər daha çox idi. Lakin flaqmanən tərəfdarları komandaya güvənirdi. Metronun “Xalqlar dostluğu” stansiyasından “Bakcell Arena”ya doğru getdikcə əynində ağ-qara forma olan bəyləri, xanımları, uşaqları, yaşlıları görmək möhtəşəm mənzərə idi. “Forza Neftçi”, “Neftçi Mania” azarkeş qruplarının dəstə halında arenanın ətrafında yaratdığı şou, Bakının sadə vətəndaşlarını da oyuna səsləmələri komandaya olan inamdan, sevgidən xəbər verirdi.
Stadiona daxil olanda ab-hava tam fərqli həddə çatdı. Rəqibin 60-70 avstriyalı və macarlardan ibarət azarkeşləri (“Rapid”lə “Ferentsvaroş” qardaşlaşmış komandalardı) matçın daha da maraqlı olacağının xəbərçisi idi. Qonaqlar da çılğın “Neftçi” fanatlarının yaratdığı ab-havadan heyrətə gəlmişdilər. Klub rəhbərliyi də müəyyən kompozisiyalar hazırlamışdı. “Neftçi TV”nin əməkdaşı İsmayıl Abdullayevin azarkeşləri coşdurmasını, onlarla birgə klubun himnini səsləndirməsini, sadəcə, görmək lazım idi. Zaman ötdükcə həyəcan daha da artırdı. “Neftçi”nin futbolçuları son məşq üçün meydana çıxanda alqış və uğultu səsləri ətrafa yayıldı. “Rapid”in futbolçuları təxminən 7-8 dəqiqə sonra göründü. Həmin an azarkeşlər onları fitə basdı. Avstriya təmsilçisinin üzvləri, sadəcə, öz azarkeşlərini salamlamaqla kifayətləndilər. Texniki problemlər yaşansa da, “Neftçi” rəhbərliyi azarkeşlərə klub üçün yazılan rep və meyxananı təqdim etdi. Bəlkə də bu musiqilərdən biri və ya hər ikisi gələcəkdə bütün “Neftçi”sevərlərin dilinə düşəcək. Nə bilmək olar…

Oyuna ancaq jurnalistlər və azarkeşlər maraq göstərməmişdi. Dövlət və AFFA rəsmiləri də görüşü tribunadan izləyirdi. SOCAR-ın prezidenti Rövşən Nəcəf də oyuna baxmaq üçün arenaya təşrif buyurmuşdu. Futbolu sevən, ölkəmizdə keçirilən bütün idman yarışlarında iştirak edən gənclər və idman naziri Fərid Qayıbovun “Neftçi”nin formasını geyməsi də azarkeşlərin xüsusi marağına səbəb oldu. Bundan başqa, AFFA İcraiyyə Komitəsinin, demək olar ki, bütün üzvləri “Bakcell Arena”da idi. Niyə də olmasınlar?! Axı hamının keçmişində “Neftçi” səhifəsi olub.
Saat 21.00-da isveçli referi Dario Belin start fiti səslənəndə həm “Neftçi”, həm də “Rapid” azarkeşləri arenada möhtəşəm ab-hava yaratdılar. Qonaq komandanın fanatlarının hamısının əlində klub bayraqlarının olması maraqlı məqam idi. Flaqmanın üstün təsir bağışlaması yerli azarkeşləri daha da coşdururdu. Düzdü, rəqibin futbolçuları tez-tez tərəfdarların həyəcanını son həddə çatdırırdı. 42-ci dəqiqədə isə “Forza Neftçi” “Şəhidlər ölməz, vətən bölünməz” şuarını səsləndirməyə başladı. Bəlkə də onlar zamanı səhv salmışdılar. Çünki həmişə bu şuar 44-cü dəqiqədə səslənirdi. Bəlkə də bu səhv yox, Tanrının lütfü idi. Çünki 44-cü dəqiqədə Ataa Caber “Rapid”i məyus edərək azarkeşləri sevincə boğdu. Möhtəşəm anlar idi. “44”də “Neftçi” hesabı açmışdı. Bu, deyəsən, qələbəyə işarə idi.

Fasilədən sonra azarkeşlərin dəstəyi daha da artdı. Bəlkə də buna görə rəqib qapıçı nə edəcəyini bilmirdi, bəzi epizodlarda topu hara gəldi vururdu. Belə səhvlərin birində, 61-ci dəqiqədə Kenni Sayef topu ələ keçirib hesabı 2:0 etdi. Həmin an stadiondakı ab-havanı sözlə ifadə etmək asan deyil. Yaşlısından balacasına kimi hər kəs sevinirdi. Azarkeşlər komandadan 3-cü qolu tələb edirdi. Avstriya təmsilçisinə qarşı oyunda bunu bacarmaq o qədər də asan deyil. 88-ci dəqiqədə Rəhman Hacıyev fanatların bu arzusunu həyata keçirməyə yaxın olsa da, son anda Donyoya ötürmə vermək qərarına gəldi. Özü vursaydı, bəlkə də hər şey bitəcəkdi. Vyanaya döyüşməyə yox, mərhələni keçmək üçün gedəcəkdi “Neftçi”!
Azərbaycan futbolunun bir bəlası var: son dəqiqədə qapımızda qol görürük. Bu, “Neftçi”nin də başına gəldi. Və stadiona 20-30 saniyəlik səssizlik çökdü. “Forza Neftçi”nin “Neftçi” sədaları sükutu pozdu. Hakimin final fiti ilə matç başa çatdı. Avstriyalılar dəli kimi sevinirdisə, qələbə qazanan “Neftçi”nin futbolçuları üzgün idi. Bununla belə, “ağ-qaralar”ın üzvləri stadionda dövrə vurub azarkeşlərə minnətdarlığını bildirdikdən sonra meydanı tərk etdilər.

“Aris”ə Larnakada 0:2 hesablı məğlubiyyətdən sonra çoxları “Neftçi”nin mərhələ keçəcəyinə inanmırdı. Amma “ağ-qaralar” Kipr yunanlarını darmadağın etdi. İndi isə vəziyyət fərqlidi. Bakı klubu doğma meydanda “Rapid”i 2:1 hesabıyla məğlub edəndən sonra Vyanaya yollanacaq. Bu şəhəri “Avropaya açılan qapı” adlandırırlar. Möhtəşəm Osmanlı sultanı Süleyman belə buranı işğal edə bilməyib. Ümid edək ki, “Neftçi” bu şəhərdə “Rapid”i mübarizədən kənarlaşdıraraq Konfrans Liqasının pley-offuna vəsiqə qazanacaq. Bakıdakı görüşdə komanda öz əzəmətini, gücünü rəqibə göstərdi. Vyanada isə tarixinə yaraşan şəkildə mübarizə aparıb, uğurları sırasına daha birini qatmalıdı.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

29-07-2022, 10:0

"Neftçi" - "Rapid" matçının vaxtı bilindi

Konfrans Liqası

3-08-2022, 11:0

"Rapid" Bakıya itki ilə gəlir

Konfrans Liqası

5-08-2022, 00:0

"Neftçi" "Rapid"ə belə qalib gəldi - VİDEO

Manşet / Konfrans Liqası

30-07-2022, 20:0

Qələbə varsa, sevinc də var!

Konfrans Liqası

1-08-2022, 00:0

"Neftçi"nin rəqibindən minimal hesablı qələbə - VİDEO

Konfrans Liqası

3-08-2022, 21:0

"Neftçi"nin bütün oyunçuları güclüdü" - "Rapid"in futbolçusu

Aktual
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Son xəbərlər
  • Bu gün, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Bu gün, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Bu gün, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Bu gün, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Bu gün, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Bu gün, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Bu gün, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Bu gün, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Bu gün, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Bu gün, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Bu gün, 15:35
    Milli komandada yeni müqavilə
  • Bu gün, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Bu gün, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Bu gün, 14:30
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Bu gün, 13:28
    Doğma klubuna qayıtdı
  • Bu gün, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 249
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə