“Torino”nun yeni baş məşqçisi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, komandaya keçmiş müdafiəçisi İnyatsio Abate təyinat alıb. Turin klubunun yaydığı məlumata görə, 39 yaşlı mütəxəssislə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Abate futbolçu karyerası ərzində “Milan”, “Napoli”, “Empoli” və “Torino”nun formasını geyib. İtaliya yığmasında da çıxış edib. Məşqçilik fəaliyyətinə “Milan”ın aşağı yaş qruplarında başlayan Abatenin sonuncu komandası B seriyasında çıxış edən “Yuve Stabiya” olub.
Xatırladaq ki, “Torino” ötən mövsüm A seriyasını 12-ci yerdə başa vurub.