"Neftçi"nin rəqibindən minimal hesablı qələbə - VİDEO

1.08.2022 00:39 528
Konfrans Liqası
Avstriya Bundesliqasında 2-ci tura yekun vurulub.

Football-plus.az
xəbər verir ki, "Rapid" səfərdə "Klagenfurt"la qarşılaşıb.

Görüş Vyana təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın yeganə qolunu 66-cı dəqiqəsində Burqstaller vurub. 33 yaşlı hücumçu penaltidən fərqlənib.

Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran "Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi hazırda turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, "Rapid" növbəti oyununu Bakıda keçirəcək. Vyana təmsilçisi avqustrun 4-də "Neftçi"nin qonağı olacaq. "Bakcell Arena"da baş tutacaq qarşılaşma 21.00-da start götürəcək.