• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qələbə varsa, sevinc də var!

Manşet / Konfrans Liqası

30-07-2022, 20:0

İlk oyundakı məğlubiyyətdən sonra ən çox ümid etdiyimiz “Neftçi”yə də inam azalmışdı.

Lakin yenə də komandanın növbəti mərhələyə yüksələcəyini gözləyənlər az deyildi. Oyunun başlamasına 1 saat qalmış “Bakcell Arena”nın ətrafındaydım. Stadiona çatana kimi yolboyu azarkeş izdihamı ilə rastlaşmasam da, bunu arenanın ətrafında görəcəyimə ümid edirdim.

Amma orda da sakitlik idi. 15 dəqiqə keçmişdi, lakin hələ də heç bir ciddi hərəkətlilik müşahidə olunmurdu. Əslində bunu normal qarşılamaq olardı. Axı komanda ilk görüşdə 0:2 uduzmuşdu. Daha 15 dəqiqə gözləyib arenaya daxil olmaq istədim. Görüşün başlamasına yarım saat qalmışdı. Hələ də heç bir izdiham yox idi. Sadəcə, hərdən tribunalara yerləşən azarkeş qruplarının səsi eşidilirdi. Arenaya daxil olurdum ki, stadiondakı aparıcı azarkeşləri salamladı və onları komandanı dəstəkləməyə çağırdı. Saat 20.30-u göstərir. Yarım saat sonra “Neftçi” “Aris”i qəbul edəcək. Lakin tribunalarda boşluqların çox olması diqqəti cəlb edirdi. Ümid edirdim ki, arena oyun başlayana yaxın dolmağa başlayacaq.

Nədənsə jurnalistlər üçün ayrılan media tribunasında vəziyyət heç də ürəkaçan deyildi. Operativ fəaliyyət göstərmək üçün internet, demək olar ki, yox idi. Bundan başqa, enerji yığmaq üçün hazır vəziyyətdə görünən elektrik yuvaları da işləmirdi. Məsul şəxslərə bu haqda şikayətimizdən sonra problem aradan qalxsa da, bir neçə dəqiqədən sonra əvvəlki vəziyyətə qayıtdıq...

Qayıdaq futbola. Azarkeş qrupları artıq yerini tutmuşdu. Qapıarxası tribunalarda “Neftçi”nin azarkeşləri var idi. Heç şübhəsiz, “Forza Neftçi” diqqəti cəlb edirdi. Digər tərəfdəki “Neftçi” azarkeş qrupundan təxminən 10-15 metr aralıda isə Cənubi Kipr təmsilçisini dəstəkləmək üçün gələnlər var idi. Sayları heç də az deyildi. Hətta “Forza Neftçi” ilə üzbəüz qapı arxasında yerləşən azarkeş qrupunun sayından da çox görünürdü. Aparıcı isə dəqiqələr keçdikcə azarkeşləri səsləyir, komandanı dətsəkləməyə çağırırdı. Artıq 15 dəqiqə sonra oyun start götürəcəkdi. Lakin hələ də tribunalarda azarkeş sayı baxımından ciddi artım görünmürdü.

Beləliklə, görüş başladı. Futbolçular meydana hər biri “44” nömrəli forma geyinən Vətən müharibəsi şəhidlərinin övladları ilə daxil oldu. Əllərində tutduqları ağ-qara rəngli şarları da havaya buraxdıqdan sonra komandalar görüşüb meydanda yerini tutdu. Deyəsən, azarkeş qrupları enerjilərini oyuna saxlamışdılar. Çünki onlar yalnız start fitindən sonra fəallaşdı. Amma ilk 10 dəqiqə geridə qalsa da, tribunalarda xeyli boşluqlar var idi. Onsuz da doğma komandalarına çılğın dəstək verən azarkeşlər ilk qoldan sonra daha da fəallaşdı. Görünür, bu qol “Neftçi”nin növbəti mərhələyə yüksələcəyinə inamı daha da artırmışdı. İkinci hissənin ilk 17 dəqiqəsində vurulan 2 qoldan sonra azarkeşlər sakitləşməyə başladı. Lakin aparıcı yenidən səslənərək onları bir növ ayıltdı. Hakimin final fitindən sonra isə “Neftçi”nin futbolçuları “Forza Neftçi”nin yer aldığı tribunanın qarşısında əllərini bir-birinin çiyninə qoyaraq onlarla birlikdə qələbəni bayram etdi.

Oyun başa çatandan sonra meydanda vəziyyət qarışdı. Meydanda kobudluqla seçilən “Aris”in futbolçuları məğlubiyyəti həzm edə bilmirdi. Amma yaxşı ki, onları sakitləşdirmək mümkün oldu və qonaqlar paltardəyişmə otağının yolunu tutdu...


ŞAİR ABDULLA

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

23-06-2022, 14:0

"Neftçi"nin "Aris"lə matçlarının vaxtı bəlli oldu

Konfrans Liqası

20-07-2022, 21:0

“Neftçi” – “Aris” matçının biletləri “Iticket.az”da satışda

Premyer-liqa / Manşet

14-04-2022, 13:0

“Azarkeş problemi yaralı yerimizdi” - “Sumqayıt” rəsmisi

Aktual
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Son xəbərlər
  • Bu gün, 21:00
    "İmişli"də ayrılıq
  • Bu gün, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Bu gün, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Bu gün, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Bu gün, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Bu gün, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Bu gün, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Bu gün, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Bu gün, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Bu gün, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Bu gün, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Bu gün, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Bu gün, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Bu gün, 15:35
    Milli komandada yeni müqavilə
  • Bu gün, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Bu gün, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Bu gün, 14:30
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Bu gün, 13:28
    Doğma klubuna qayıtdı
  • Bu gün, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
Daha çox
Oxunub: 282
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə